Husilərdən yeni hücum iddiası: Hindistanlılar təhlükədə


Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançıları Bab əl-Məndəb boğazı yaxınlığında, Zukar adası ərazisində 14 Hindistan vətəndaşını daşıyan yaxtanı hədəf aldıqlarını iddia ediblər.

Turkustan.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri ABŞ-da yerləşən X sosial şəbəkəsində yaydığı açıqlamada hadisə ilə bağlı məlumat verib.

Seri gəmidə olan Hindistan vətəndaşları üçün xilasetmə əməliyyatları apardıqlarını bildirib. O, hadisənin təfərrüatları barədə daha sonra ətraflı məlumat veriləcəyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ