Kanada Baş naziri Ankarada səfərdədir


Kanadanın Baş naziri Karni Türkiyənin paytaxtı Ankarada diplomatik səfərdədir.

Turkustan.az xəbər verir ki, prezident Ərdoğan Baş nazir Karnini rəsmi mərasimlə qarşılayıb. Kanadanın Baş naziri Mark Karni Türkiyəyə iki günlük rəsmi səfər edəcək.

Bu tarixi səfər iki ölkə arasında münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmağı hədəfləyir.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Kanada arasındakı əməkdaşlıq qiymətləndiriləcək və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ