ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Lockheed Martin şirkəti ilə F-35 Lightning II qırıcı təyyarələrinin istehsalı və texniki xidməti üzrə çərçivə müqaviləsi imzalayıb.
Turkustan.az xəbər verir ki, Pentaqonun yazılı açıqlamasına əsasən, müqavilə 10 il ərzində ABŞ üçün ən azı 850 ədəd F-35 qırıcısının istehsalını nəzərdə tutur.
Saziş çərçivəsində təyyarələrin istehsalı ilə yanaşı, ehtiyat hissələrinin və modifikasiya dəstlərinin tədarükü, eləcə də qlobal F-35 donanmasına texniki xidmət göstərilməsi planlaşdırılır.
Lockheed Martin şirkəti F-35 proqramı çərçivəsində həyata keçiriləcək təşəbbüslərə ən azı 7 milyard dollar sərmayə qoyacaq.
Şirkətin açıqlamasına görə, müqavilə çərçivəsində ildə 156 təyyarə istehsalı hədəflənir.
Sazişin həyata keçirilməsi üçün ABŞ Konqresinin təsdiqi və müvafiq maliyyələşdirmə tələb olunur.
Aytən Yaşar/Turkustan.az