Netanyahu: “Tramp işi bitirməyə hazırdır”


İsrailin Baş naziri Benyamin Netanyahu İranı ölkəsi üçün “mövcudluq təhdidi” adlandıraraq, Tehranla bağlı sərt bəyanatlar verib.

Turkustan.az xəbər verir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampın İranla bağlı “işi bitirməyə hazır olduğunu” bildirib və İsrail ordusuna, Mossad-a, eləcə də təhlükəsizlik qurumlarına müvafiq təlimatlar verdiyini açıqlayıb.

Netanyahu çərşənbə axşamı İsrail Müdafiə Qüvvələrinin zabitlərinin buraxılış mərasimindəki çıxışı zamanı İran rejiminin devrilməli olduğunu iddia edib.

O, İranın ali dini lideri Əli Xameneinin “atasının yolunu davam etdirmək” və “yenidən ölümcül bombalar hazırlamaq” qərarına gəldiyini irəli sürüb.

İsrailin baş naziri İranın ölkəsi üçün ciddi təhlükə yaratdığını vurğulayaraq, təhlükəsizlik qurumlarının bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ