Klinton müsəlmanlara dəstəyini ifadə etdi: “Ayrı-seçkilikdən bezmişəm”


ABŞ-ın keçmiş prezidenti Bill Klinton müsəlmanlara qarşı ayrı-seçkiliyi tənqid edərək insanların yalnız dini mənsubiyyətlərinə görə alçaldılmasına etiraz edib.

Turkustan.az xəbər verir ki, o, Florida ştatında Koinonia Krallığında keçirilən tədbirdə çıxışı zamanı bu məsələyə toxunub.

“Müsəlmanların sadəcə müsəlman olduqları üçün alçaldılmasından bezmişəm”, – deyə, Klinton bildirib.

Keçmiş prezident qızının ona oxumağı tövsiyə etdiyi Quran ayəsinin məzmununu da xatırladıb. Onun sözlərinə görə, Allah insanları bir-birinə xor baxmaq üçün deyil, bir-birini tanımaq və bir-birindən öyrənmək üçün fərqli yaradıb.

Klinton qeyd edib ki, bütün dinlərdə pis niyyətli insanlar var, çünki insanlar təbiətcə qüsursuz deyillər.

O, həmçinin dini və mədəni zəmində baş verən münaqişələrdən bezdiyini vurğulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ