Sumqayıtda dəhşət: Ata körpə övladını suda boğub öldürdü - VİDEO


Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində 1 yaş 4 aylıq Zeynəb Yeşilin meyiti aşkarlanıb. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Turkustan.az xəbər verir ki, hadisə ilə bağlı uşağın nənəsi Azadə Abdullayeva Baku TV-yə danışıb.

Onun sözlərinə görə, atası azyaşlını gəzməyə apardığını deyib:

“Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. O, telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin acıq edərək uşağı dostunun yanına aparıb”.

Nənə ailədaxili söz-söhbətin olmadığını da vurğulayıb:

“Onun beynində nə olduğunu isə bilmirik”.

Qeyd edək ki, Z.Yeşil A.Abdullayevanın qızının övladıdır. Qızının əri isə türkiyəlidir. Onun sözlərinə görə, övladı Türkiyədə Yeşil Ahmet Turanla dini və rəsmi nikaha girib.

xxx

Xəbər verildiyi kimi martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

aktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.


MANŞET XƏBƏRLƏRİ