23 yaşlı Gülarə buna görə qətlə yetirilib: şok səbəb – FOTOLAR


Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı digər detallar da məlum olub.

Turkustan.az Oxu.Az-a istinadla xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülarə 3 yaşında olarkən, yəni 2006-cı ildə anası onu tərk edib. Məlumata görə, Gülarənin anası 2006-cı ildə atasından ayrılıb və azyaşlı Gülarəni də atasının himayəsinə atıb, evdən çıxıb. Gülarənin atası Ağa Mehdiyev 2007-ci ildə bir xanımla ailə həyatı qurub və onların birgə nikahdan 4 övladı dünyaya gəlib. Həmin qadından ilk övladı 2008-ci il təvəllüdlü Ayxan Mehdiyevdir. Ailənin 4-cü uşağı isə azyaşlıdır və ağır yataq xəstəsidir. Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və 5 uşağı böyüdüb.

Hadisə noyabrın 16-da günorta saatlarında paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi 11-a ünvanında yerləşən binanın 1 saylı mənzildə – ailənin məskunlaşdığı evdə baş verib. Hadisə vaxtı ata və ana evdə olmasalar da, övladları mənzildə olublar.

Ayxan dərsdən evə gələrək bacısı ilə sosial şəbəkə barədə mübahisə edib. Məlumata görə, Ayxan sosial şəbəkələrdən birində bacısı Gülarənin açıq-saçıq şəkillərini görüb və buna görə ona irad tutub. O, şəkillərdən birinə tanımadığı oğlanların rəy yazdığını görüb və buna görə onların silinməsini bacısından tələb edib. Bacısı isə şəkilləri silməkdən imtina edib. Nəticədə Ayxanla Gülarə arasında mübahisə yaranıb və Ayxan ögey bacısını qətlə yetirib.

***10:20

Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.

Turkustan.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.

Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.

Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gəliblər və dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prolkurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ggggggggdfg1
glllllllllllllgh

gulare 1


MANŞET XƏBƏRLƏRİ