Silah şagirdin atasına məxsusdur - RƏSMİ AÇIQLAMA


Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

xxx

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.

Turkustan.az “unikal.az”a istinadla xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub.


MANŞET XƏBƏRLƏRİ