Xəzər Xaqanlığı



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

...Bizans mən­­­bə­lərində İbuzir Qlyavan kimi qeyd edilən xəzər xa­­qa­nı imperatora sı­ğı­­nacaq ve­­rə­rək öz qızını xaç suyuna saldıraraq Teodora adı ilə ona ərə verdi. Bizans­lılar xa­­qanın bu addımdan bərk hiddətlənərək ona külli miq­dar­da pul təklif et­məklə II Yus­tin­ianı öl­dürməyi xahiş etdilər. Xaqan İbuzir isə II Yus­tin­­ianın Dunay Bol­qa­ri­ya­sına qaç­ma­sına şərait yaratdı. Burada möhkəmlənən im­pe­­rator Bol­qar xanı Ter­ve­lin yardımı ilə 705-ci ildə Konstantinopolu tutaraq yenidən taxt-taca yi­­yələndi. Ha­kimiyyətini möh­­kəmləndirmək üçün 710-cu ildə Xersonesə qo­­şun gön­dərən im­pe­ratorun əmri ilə şəhər tutularaq yandırıldı və Xəzər xaqan­lı­ğı­nın bu­radakı nü­ma­yən­dəsi olan tu­dun isə ələ keçirilərək Konstantinopola aparıldı. La­­kin Xer­son əhalisi Bi­zans qar­ni­zo­­nunu şəhərdən qovaraq buraya sürgün edilmiş er­­məni əsil­li varlı bir əyanı, baş vali olan Vardanı öz­­lərinə başçı seçərək onu imperator Filip ad­lan­­dırdılar. Qısa müd­dət­də Krımı II Yus­tinian əleyhinə kütləvi üsyanlar bürüdü. Yus­­tiniana bağ­lı ordu bir­ləşmələri yeni elan edilmiş imperator Filipin tərəfinə keç­di­­lər. Bu za­man Xerson əhalisini dəstəkləyən xəzərlər imperator Filiplə it­tifaq müqaviləsi imza­la­­­dılar. L.N.Qumilyovun fikrincə, “Filip ilə anlaşma qar­şılı­ğında Bizans bir əsr xə­zər­­lərdən dəstək görmüşdür”. Mövqeyini güc­lən­dirən Flipp 711-ci ildə Kons­tan­ti­no­­pola gələrək hakimiyyəti ələ keçirməklə ki­fa­yət­­lənmə­di. İm­pe­ra­tor Flipin əmri ilə or­du II Yustinianı edam edib, oğlu Tiverini tikə-tikə doğradılar.

Xəzər xaqanlığı Bizansla olan münasibətləri daha da yaxşılaşdırmağa ça­lışır­dı. Üzücü müharibələr nəticəsində taqətdən düşmüş Sasani dövləti 634-637-ci il­lər­də müsəlman ərəblərin İran içərilərinə girmələrinə əngəl ola bilmədi. Sasani tor­paq­la­­rını ələ keçirən ərəblər şimala –Qafqaza, xəzərlərin ölkəsinə yönəldilər. Yeni təh­lü­­­kəni dəf etmək üçün xəzərlərə etibarlı müttəfiq lazım idi. Bizansın özü də ərəb təh­­­lükəsinin aradan qaldırılmasında xəzərlərə bel bağlayır və ittifaqı möh­kəmlən­dir­mək­­­­də onlara istənilən güzəştlərə gedirdi. Hər iki imperiya Krım problemini qar­şı­lıq­lı surətdə həll etdilər. Anlaşmaya görə, Xersones Bizansa, Şərqi Krımla ya­naşı Qər­­bi Krımın düzən hissələri də xəzərlərin əlinə keçmiş oldu. Bu dostluq mü­na­si­bət­­ləri iki ölkə ara­sın­da­kı nigah münasibətləri ilə daha da möhkəmləndirildi. Xəzər xa­­qan­ları ilə qohum olmaq şərəf sayıldığından bu, eyni zamanda dövlət si­ya­sətini for­ma­­laş­dı­rır­dı. Bu zaman Xəzər şah­­zadələrinin Bi­zans imperatorları ilə ev­lənmələ­ri qeyd alın­mış, 775-778-ci illərdə ha­­kimiyyətdə olan IV Leon mən­bə­lər­də Xəzər Leon deyə ça­­ğırılmışdır. Daha sonra, Bi­­­zans im­pe­ra­toru olan VI Leon Xə­zər şah­za­­də­si Çi­çək xa­tunun oğludur. Çiçək xatun imperator arvadı olandan son­ra xris­ti­an­­­lı­ğı qəbul etmiş və imperatriça İrina kimi tanınmağa başlamışdır.

VIII-IX əsrlərdə Xəzər xaqanlığı genişlənərək Şərqi Avropanın ən qüdrətli döv­­­ləti olmuşdur. Bu sırada Kama və İdil boyundakı bir çox tayfa, İdil bulqarları və müx­­təlif fin qövmləri, burtaslar Xəzər xaqanlığına tabe olduqları kimi, Desna və Or­ta Dnepr boyundakı çeşidli slav toplumları da Xəzər hakimiyyətini tanımışdılar. Şi­­mali Qafqazdakı müxtəlif dağlı tayfalar və Kuban boyundakı macarlar da Xəzər xa­­­qanlığına bağlı idilər.

Xəzər-Ərəb müharibələri və onun mərhələləri

VII əsrdə eyni vaxt­da üç istiqamətdə–Qər­bi Av­ro­pa, Transqafqaz və Ma­və­ra­ünnəhrin içərilərinə doğ­ru sürətlə irəliləyən ərəb bir­ləş­­mə­ləri yerli əha­li­nin ciddi mü­qavimətilə üzləşirdi. Ərəb təhlükəsinə qar­şı Şimali Qaf­­qa­zın müxalif güclərini bir ittifaqda birləşdi­rən xə­­zərlər VII əsrin ortalarında ha­­ki­miy­yət­lə­ri­ni Krım, Aral gö­lü, Kuban, Oka, Des­na və Sakmara qədər ge­niş­lən­dir­­di­lər. L.N.Qumil­yov “Xə­zər ətrafında min il” əsə­­rində yazır: “Şərqdəki quz­lar, şi­­mal­­­dakı madyarlar (ma­car­lar-T.C), Qərbdəki alan­lar və (qara) bolqarlar heç bir za­­­man bu ittifaqda yer al­­madılar. Bölgənin həd­­dindən artıq soyuq olması sə­nət­kar­lıq­la, ey­ni zamanda mal­­dar­­lıqla məşğul olan bu tayfaların diqqətini cəlb edə bilmədi. Bun­­dan fərqli ola­raq xə­zər, barsil, türk, töles və peçeneqləri bir-biri­lə­rinə bağlayan amil mə­də­niy­yət, dil, ya­şam tərzi və zövqləri deyil, müştərək alın yazıları idi. Tək və or­taq düş­mənləri olan Üməyya xilafətinin təcavüzü qar­şı­sın­da həyatda qala bil­mək və yox olub get­mə­­mək onların or­taq qədəri idi”. Beləcə xə­zər­lər sadəcə olaraq türk­­lər­­dən aldıqları ge­ne­fon­du deyil, eyni zamanda Qərbi Türk Xa­qanlığından öy­rən­­dik­lə­ri və faydalı bil­dik­lə­ri savaş diplomatiyasını da davam et­dirdilər.

Xəlifə Ömər Əbdürrəhman ibn Rəbiəni Dərbənd yaxınlığındakı sərhəd qo­şun­­la­rına sərkərdə təyin etdi və xəzərlərlə vuruşmağı tapşırdı. Əbdür­rəhmanın qo­şu­­nu 643-cü ildə Dərbənd hasarları yaxınlığında Bukeyr ibn Ab­dul­­l­anın dəstəsi ilə bir­ləş­dik­dən sonra Bələncər yaxınlığında xəzərlərlə müharibəyə baş­ladı və özü də dö­­yüş­də öldürüldü. Beləliklə, ərəblərin Dərbənddən şimala ilk hü­cu­mu uğursuz­luq­­­la nə­ti­cə­ləndi.

I Bələncər döyüşündəki (643) ağır məğlubiyyətdən 10 il sonra ərəblər (651-654-cü illər) geniş miq­­yasda müharibəyə başladılar. Sərkərdə Həbib ibn Məsləmin ko­­­­­­man­danlığındakı ərəb­­lər Ərməniyyə və Gürcüstanı, Salman ibn Rəbiənin ko­man­­­­dan­­lığına tabe olan qü­v­vələr isə Albaniyanı asanlıqla ələ keçirdilər. Ardından, ərəb qo­­şunları Dər­bən­di tu­taraq, xəzərlərin müdafiə istihkamları ilə məhkəmlən­di­ril­­miş şə­­­hərinə -Bə­lən­cərə hü­cum etdilər. Şəhər əhalisinin güclü müqaviməti, eləcə də türk­­­­lərin dəstəyi sa­yə­sin­də Bələncər ərəb təhlükəsindən növbəti dəfə də xilas ola bil­­­di. II Bələncər döyüşü ki­mi tarixə düşmüş bu döyüşdə də xəzərlər parlaq qə­ləbə qa­­­zandılar. Sərkərdə Salman ibn Rəbiə ilə yanaşı, onunla birlikdə 4 min ərəb dö­­yüş­çü­­sü də öldürüldü. Sağ qalan döyüşçülər Dərbəndə çəkildilər. Uzun sürən Ərəb-Xə­zər müharibələrinin birinci mərhələsi beləcə başladı. Qeyd edək ki, on il əv­­vəl Sal­ma­nın qardaşı Əbdürrəhman ibn Rəbiə də həmin yerdə xəzərlərlə döyüş­də öl­dü­rül­dü. 662-ci ildə xə­zər­lər Bələncər yaxınlığın­da­kı III döyüşdə ərəbləri ye­nidən ağır məğ­lubiyyətə uğ­rat­dılar.

684-cü ildə xəzərlərin Transqafqaza çox güclü yürüşü baş verdi. Bu yürüşün xa­­­­qanlıqdan ayrılmaq istəyən savir knyazlığının xristianlığı qəbul etməsinə və öz xal­­­­qına qəbul etdirməsinə cavab idi. Bir neçə vilayəti dağıdan və çoxlu sayda əsir gö­­­türən xəzərlər yerli alban və gürcü knyazlarının bir çoxunu qətlə yetirdilər. Bu­nun­­­la kifayətlənməyərək Albaniya üzərinə ağır vergi qoyuldu.

Ərməniyyənin ərəb hakimi Məhəmməd İbn Orbay 692-ci ildə Azərbaycanı ke­­­­­çərək Dərbəndi ələ keçirdi. Beləliklə, Azərbaycan uğrunda xəzərlərlə ərəblər ara­­sın­­­­­da 150 ildən artıq davam edən uzunmüddətli müharibə başladı. Lakin ərəblər Dər­­bən­­­­di əldə saxlaya bilmədilər. Əməvi sülaləsinin ən qüdrətli sərkərdələrindən olan Məs­ləmə ibn Əbdülməlik 707-ci il xəzər hücumlarının qarşısını ala bil­məmək­də gü­nah­landırılaraq vəzifəsindən uzaqlaşdırılmış və yerinə Mərvan ibn Mə­həm­­məd gə­ti­­ril­­mişdir. 710-cu ildə Dərbənd bir neçə dəfə əldən-ələ keçsə də, xə­­­zər­lər ərəbləri Azər­­­bay­candan çıxarmağa müvəffəq oldular. 713-cü ildə məşhur ərəb sərkərdəsi Hə­bib İbn Məsləmə çətinliklə də olsa, xəzərləri Albaniyadan sı­xış­dı­rıb çı­xara və Dər­bən­di mühasirəyə almağa müvəffəq oldu. Lakin qalaya gedən gizli yo­­­­lu göstərən şəhər sakinlərindən birinin xəyanəti ucbatından şəhər 3 aylıq mü­ha­si­­rə­­­dən sonra təs­lim oldu. Şəhəri əldə saxlamağın çətinliyini anlayan ərəblər qala di­va­r­­­larını və bürc­lə­ri dağıtdılar. 717-ci ildə Məsləmənin Konstantinopolun mü­hasi­­­rəsi üçün bölgədən uzaq­laşdırıldığını fürsət bilən xəzərlər güclü bir ordu ilə ərəb üzə­­­rinə hücum etsələr də məğlub olub geri çəkilmişlər.

Ərəb-Xəzər müharibələrinin II mərhələsi xəlifənin Cənubi Qafqaza əmir tə­yin et­diyi Cərrah ibn Abdulla əl Həkiminin güclü ordu ilə Xəzər xaqanlığının əra­zi­sinə so­­xulması ilə başladı. Buna cavab olaraq, xəzərlər 721-ci ildə Ərməniyyəyə so­xula­raq ərəb canişini Cər­rah ibn Abdullanın yeni yaradılmış hərbi birləşmələrinə cid­di zər­­bə endirdilər. On beş il­dən çox davam edən ərəb-xəzər müharibəsinin so­nun­cu mər­­hələsi belə başladı. Sərkərdə Əl-Cərrah xilafətdən aldığı əmrə uyğun ola­raq xə­zər­­ləri öz ölkələrində əzməyə qərar verdi. Dərbəndə doğru sıxışdırılan xə­zər­lər xa­qa­­nın oğlu Barçilin başçılıq etdiyi 40 minlik ordu ilə ağır məğlubiyyətə uğ­radıldı...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ