Tehran Vaşinqtona xəbərdarlıq etdi: Bütün vasitələrdən istifadə olunacaq


İran ABŞ-ın tətbiq etdiyi dəniz blokadası və sanksiyalara qarşı mübarizə aparmaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, ölkəsi ABŞ-ın addımlarına qarşı diplomatik, siyasi və müdafiə tədbirlərini nəzərdən keçirir.

Onun sözlərinə görə, bu tədbirlər qəbul ediləcək qərarlara uyğun olaraq həyata keçiriləcək.

ABŞ-ın öhdəliklərini yerinə yetirəcəyi təqdirdə Hörmüz boğazında və regionda təhlükəsizliyin qısa müddətdə bərpa oluna biləcəyini deyən Bekayi İranın şərtlərini də açıqlayıb.

“İranın şərtləri onun hüquqlarıdır. Bunlar dəniz blokadasının və sanksiyaların aradan qaldırılması, eləcə də anlaşma memorandumunun müddəalarının icrasıdır”, – deyə o bildirib.

Bekayi ötən həftə Rusiya, ABŞ və Çin liderləri arasında keçirilən üçtərəfli sammitə də münasibət bildirib. O, İranla bağlı qərarların Tehrandan kənarda qəbul edilə bilməyəcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ