Jensen Huang yenidən "Nvidia"nın baş direktoru təyin edildi


"Nvidia" şirkətinin Direktorlar Şurası Jensen Huang-ı yenidən sədr, baş direktor və idarə heyətinin üzvü vəzifələrinə təyin edib.

Turkustan.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, idarə heyəti yeni rəhbərin seçilməsi prosesi zamanı ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri ilə məsləhətləşmələr aparıb. Bu görüşlərin yekununa əsasən, şura Huang-ın vəzifəsinə bərpasının heç bir "milli təhlükəsizlik riski" yaratmadığına əmin olub.

Xatırladaq ki, Jensen Huang Çinə casusluq etməkdə ittiham olunan iş adamı Alis Huanqla münasibətlərinin üzə çıxmasından sonra istefa vermişdi.

"Cənab Huang ilə aparılan bir sıra müzakirə və görüşlərdən sonra Direktorlar Şurası onun vəzifəsinə bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edib. Bu proses zamanı İdarə Heyəti cənab Huang-ın səmimiyyətinə və "Nvidia"ya rəhbərlik etmək qabiliyyətinə tam əmin olub", – deyə şirkətin rəsmi açıqlamasında bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ