Krım əllərindən çıxır – Yollar od içində, maşınlar anındaca vurulur – VİDEO


Rusiyanın işğalı altında olan Krıma gedən magistral yolda yük maşınlarının yanmasını əks etdirən videogörüntülər yayılıb.

Turkustan.az xəbər verir ki, yayılan məlumatlara əsasən, Rusiyanın «Novorossiya» adlandırdığı magistral yol Ukrayna pilotsuz uçuş aparatlarının intensiv nəzarəti altındadır.

Rusiyalı hərbi ekspertlər yüz minlərlə Rusiya hərbçisinin mühasirəyə düşmək təhlükəsi ilə üzləşə biləcəyini bildirirlər.

Məlumatda qeyd olunur ki, Kerç körpüsünün avtomobil hissəsinin dağıdılmasından sonra Krımda və Ukraynanın şərqində yerləşən böyük Rusiya hərbi qruplaşmasının təchizatı daha da çətinləşib.

/Musavat.com/


MANŞET XƏBƏRLƏRİ