Almaniyada ŞOK HADİSƏ: Mənzildən çoxlu cəsəd tapıldı


Almaniyanın Kehl şəhərində təbii qaz qoxusu ilə bağlı məlumatdan sonra bir mənzilə daxil olan xilasetmə qrupları orada çoxsaylı insan meyiti aşkarlayıb.

Turkustan.az xəbər verir ki, Offenburq Polis İdarəsinin açıqlamasına görə, Richard-Vaqner küçəsində yerləşən yaşayış binasından güclü təbii qaz qoxusunun gəldiyi barədə məlumat daxil olub. Bundan sonra əraziyə çoxsaylı polis, tibb və yanğınsöndürmə briqadaları göndərilib.

Xilasetmə helikopteri və uşaq təcili tibbi yardım mütəxəssislərinin də cəlb olunduğu əməliyyat zamanı binadakı mənzillərdən birində bir neçə nəfərin meyiti aşkarlanıb.

Polis əməkdaşları uşaqların da olduğu bəzi ailə üzvlərinə yardım göstərmək üçün müdaxilə ediblər. Hələlik ölənlərin dəqiq sayı və hadisənin səbəbi açıqlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ