Yardımlıda tutulan məmurların məhkəməsi BAŞLAYIR


Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb.

Turkustan.az APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub.

İş üzrə məhkəmə iclası yaxın zamanlarda başlayacaq.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.

Onlara və İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Elçin Mirzəyev və Yaşar Eyvazov barəsində həbs qətimkan tədbiri seçilib. Namiq Səfərovun isə polis nəzarəti altında olduğu bildirilir.


MANŞET XƏBƏRLƏRİ