ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehranla uzunmüddətli razılaşma əldə etməyə çalışdığını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı son hadisələr və ABŞ Federal Təhqiqat Bürosunun (FTB) məlumat bazasına kiberhücum iddiaları barədə danışıb.
İranda rejim dəyişikliyi məsələsinin onun üçün prioritet olmadığını bildirən Tramp ölkədə iki rejimi “məhv etdiyini”, hazırda isə üçüncü bir qrupla məşğul olduğunu iddia edib.
ABŞ prezidenti İranla bağlı mövqeyini belə ifadə edib:
“Mən İranla davamlı bir razılaşma əldə edəcəyəm. Heç kimin nüvə silahına sahib olmasına icazə verməyəcəyəm”.
Aytən Yaşar/Turkustan.az