Rusiyalıların Avropaya girişi tamamilə qadağan ediləcək
Turkustan.az xəbər verir ki, Avropa İttifaqı ölkələri 22-ci sanksiya paketini təsdiqləyərsə, Rusiya vətəndaşlarına turist vizaları yalnız müstəsna hallarda və müvafiq sənədlər təqdim edildikdə veriləcək.
Avropa Komissiyası bununla bağlı artıq təklif irəli sürüb. 22-ci sanksiya paketinə əsasən, Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən şəxslərin Aİ-yə girişi qadağan ediləcək. Bundan başqa, təklifdə təbliğat fəaliyyətinə görə bütün rusiyalı idmançıların Avropaya girişinə qadağa qoyulması da nəzərdə tutulur. //bakivaxti.az/