1918-ci ilin qanlı Mart soyqırımı


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

III Yazı

Tarix 30 mart- 2 aprel 1918-ci il

Mart Hadiseyi - Ələmiyyəsinin Müxtəsər Tarixçəsi

1914-cü il ibtidalarında Avropa müharibəsi başlanana qədər erməni ictimai dairələri və mətbuatı Osmanlı hökumətinin ermənilərə münasibətində etdiyi vəhşiliklər haqqında səs salıb heç bir şeyi unutmayaraq hər cür iftira və yalanlar ilə Yevropa əfkari-ümumiyyəsini müsəlmanlar əleyhinə qaldırmağa çalışdılar.

“Daşnaksütyun” firqəsinin və erməni şovinistlərinin müsəlmanlar əleyhinə xüsusən türklər və müharibə ibtidasından Kavkasiya müsəlmanları əleyhinə etdikləri işlər hamıya məlumdur.Yevropada və Rusiyada yaşayan ermənilərin hamısı müttəhüdülqövl bütün dünyaya müraciətən “Ermənistan emənilərə çatmalıdır” deyə qışqırmağa başladılar.Hər yerdə erməni könüllü dəstələri təşkil edib Kavkasiyaya göndərilirdi.Bu könüllü dəstələr bir yerdən keçdikdə Rus soldatı adilə qabaqlarına gələn müsəlman kəndlərini qarət edib dağıdırdılar.

Daşnaklar əfkari ümumiyyəni müsəlmanlar əleyhinə qaldırmaq arzusu ilə özlərini o yerə yetirmişdilər ki,Bakı könrükxanaslndan düyü və ceviz aparan arabaları kilsələrdə patron və qeyri mühümmati hərbiyyə var bəhanəsi ilə tutub axtarırdılar.Guya ki, müsəlmanlar silahlanırlar. Bu məftinanə və yalan xəbərləri əhali arasında nəşr etməkdən ötəri ermənilər rus milli komitəsinin müavinətindən istifadə edirdilər.

Osmanlı əsgərləri Kavkasiya cəbhəsində geri çəkildikləti zaman Osmanlı erməniləri Kavkasiya ermənilərinə qoşulub geri çəkilən Osmanlı əsgərlərinə hücum ilə onları təqib etməyə başladılar. Bir tərəfdən Androniklərin,digər tərəfdən Dro, Kerı və Muradın dəstələri hücum etməkdə idilər.Müsəlman kəndlərinin hamısı qarət edilib dağılmış idi.

Dəmir yol xəttinin hər nöqtəsində müsəlmanlar silah daşıyır deyə agentlər qoyulmuşdu.Bu agentlər bir çox müsəlmanı da tutub öldürmüşlərdi.

1917-ci il ibtidasında hürriyyət elanından sonra,onlar pərdəni götürüb öz üzlərini aşkara çıxardılar.Rus soldatları hürriyyətdən istifadə edərək müharibəni qət edib evlərinə getdikləri zaman erməni soldatları daşnaklar ilə birləşib rus soldatlarının buraxdıqları mühümmati-hərbiyyəyi cəm etdikdən sonra dəstələr düzəldib, rus soldatı adı ilə müsəlman kəndlərini dağıdıb talan və qarət etməyə başladılar.Rostovdan başlamış Tiflisə qədər hər bir stasyonda müftənilər rusları müsəlmanlar əleyhinə qaldırdılar.Bu fitnəkarlığın nəticəsi olaraq bir çox müsəlman qətl edildi.Dağıdılmış və yandırılmış dəmiryol moqifləri bunu gözəlcə isbat ediyor.Xaçmaz moqefində olan facianə hadisələrə gəldikdə onları təsvir etmək mümkün deyildir.Əlbəttə ki,bu hadisələr müsəlmanların qəlbini dağdar edib gəldikcə böyük düşmənçiliyə bais olurdu.Bu zamanda Bakıda əmələ və soldat vəkilləri şurası vücudə gəldi.

Sosialist bayrağı altında məzkur şuraya daxil olan daşnak Şaumyan, Sakusaakanya və Arakelyan müsəlman fəhlələrinin şura heyətinə daxil olmasına hər cür müqavimət göstərməyə çalışırdılar.Mədənlərdə və zavodlarda qırmızı ordu (Krasnaya Armiya) təşkil edildi.Bu orduya ruslar və ermənilər müsəlmanları qəbul etmirdilər.Qırmızı ordu başdan –ayağa rus və ermənilərdən ibarət idi.Bu ordunun başında cəllad Avakyan dayanmış idi.

Bu vaxt müsəlmanlar,gürcülər və erməniər misali özləri üçün milli ordu təşkil etməyə çalışırdılar. Seymin binagüzarlığına görə Gəncədə duran 216-cı və Bakıda olan 219-cu alaylar özlərində olan mühümmati –hərbiyyəni Gəncə və Bakı alaylarına verməli idilər.Lakin ermənilər nə Gəncədə nə də Bakıda müsəlmanlara heç bir şey vermədilər. Hər bir şeyi yığışdırıb özlərilə apardılar.Bu iş üstə Gəncədə müsəlmanlar ilə ermənilər arasında fəna nəticələr ilə təhdid edən ədavət vücuda gəldi. Düşmənçilik edənləri barışdırmaq və müsadiməni rəf etməkdən ötəri Tiflisdən-Seym tərəfindən, Bakıdan isə müsəlman və erməni milli şuralarından və “Müsavat” firqəsindən Gəncəyə vəkillər göndərildi. Bir növ ilə bu iş qurtardıqdan sonra müsəlmanlar tezliklə öz qüvvələrini milli ordu təşkilinə sərf etməyə başladılar.Daşnaklar var qüvvələri ilə bizə bu işdə mane olmağa çalşışırdılar.Onlar fitnəkarlıqdan və yalandan çəkinib həya etmirdilər. Bu qərar üzrə onlar Seymdə “Müsavat” əleyhinə fitnəkarlığa başlayıb “Müsavat” firqəsini türklər ilə sazişə girməkdə müttəhim etməklə bərabər müsəlmanların özləri üçün ordu düzəltmələrinə məmaniət göstərilməsini təklif ediyordılar.

Ermənilər mətbuatda bu cür fikir yürüdüb əl-əlümdə Müsavat firqəsinə və müsavatçılara hücum etməklə bərabər onları Osmanlı agentləri adlandırırdılar.Müsavatçılar isə var qüvvələri ilə cəmaəəti sakit etməyə və bu iki millət arasında mehriban münasibət saxlamağa çalışırdılar.Bu məqsəd ilə də bir çox müttəhid mitinqlər tərtib verilib hər iki millətin ruhanilərindən və ziyalılarından müavinət istənilirdi.Hər iki millət ruhanilər arasında təntənəli qardaşlıqlar vaqe olurdu. Müsəlmanları sakit edib inandırırdılar ki,ermənilər bizə dostdurlar.

Amma bununla belə daşnaklar yatmayıb xəlvətcə öz işlərini işləyirdilər. Həştərxandan, Petrovskidən, Krasnovodskidən gələn ermənilər bu bəhanə ilə Bakıda saxlanılırdılar ki, guya müsəlmanlar yollarda onlara hücum edirlər.Qacar dövlətindən və Krasnovodskidən paroxodlarla Şura hökuməti adına gətirilən mühümati-hərbiyyə və qeyri- şeylər həqiqətdə isə daşnakların əlinə keçirdi.Belə şeylər etibarlı yerlərə yığılırdı.O cümlədən Mantaşevin zavoduna və qeyri-yerlərə.

Bunların hamısıilə bərabər eyni zamanda Şaumyan və Avakyanın fitnəkarlığı sayəsində Şamaxı hadisələri vaqe oldu. Şaumyanın bu münasibətlə yazdığı məktub Gəncə Komitəsinin əlinə keçdi.Bu kağızdan aşkar görünürdü ki,Şaumyan və Avakyan xalis daşnakdırlar.

Şura heyətinə daxil olan müsavatçı fəhlələr Şurada olan bütün qara işləri aşkar görüb dəfələrlə deyib şuraya göstərirdilər ki, erməni şovinistləri sosialist maskası altında şurada işləməkdədirlər.Müsavatçı fəhlələr az olduqlarından onların sözlərinə etina olunmayırdı.Müsəlman ərkani-hərbi birinci dəfə Bakıya gəldiyi zaman erməni millətpərəstləri Şura adı ilə erkani-hərb heyətinin hamısını tutub həbs etdilər.Bakı müsəlmanları bu işdən narazı olub həyacan artdı.Protesto olaraq bazar, dükan bağlandı.Müsavatçılar var qüvvələri ilə əhalini sakit etməyə çalışdılar.Axırda həbs edilənlər azad edildilər.Lakin müsəlmanlara sataşmaq davam edirdi. Xüsusən Bakı moqefində başsızlıqlar vücuda gəlib bir neçə müsəlman tələbəsi qətl edilmiş idi.Bakı moqefində o qədər başsızlıq artdı ki, Zakavkasiya dəmir yolu ilə getmək istəyən müsəlmanlar moqefdən qaçıb Heybət moqefinə gedirdilər,oradan qatar ilə yola düşürdülər.Erməni kəndinə getmək daha təhlükəli idi.Salamat gedən daha qayıtmayıb, xəbər belə olmayırdı.

Məlum oldu ki, erməni soldatları məşhur qan içən Amazaspın komandasına verilmişdi.Onlar hamısı Şura hökumətini qəbul etdilər.Müsavatçılar məxfi mənbədən xəbərdar oldular ki, ermənilər, erməni kəndində xəndəklər qazıb istehkamat yapmaqdadılar.”Müsavat” firqəsi öz nümayəndəsi vasitəsilə bu əhvalatı qradonaçalnik Termisyandan xəbər almışdı.Bu əhvalat daşnaklar vasitəsilə təftiş edildikdən sonra aşkar olmuşdu ki, müsavatın aldığı xəbər doğrudur,üzr istədilər və xəndəklərin doldurulmasına binagüzarlıq olundu.Faqət bir neçə vaxt keçdikdən sonra bu xəndəklər təzədən qazılmışdı.Müsavat firqəsinin bu münasibətlə ikinci dəfə etdiyi protestinə Terminasyan cavab vermişdi ki,bu xəndəkləri ermənilər başqa qəsd üçün deyil,ancaq özlərini müdafiə və mühafizə etməkdən ötəri qazırlar.

Bu işlərin hamısı müsəlmanları əsəbləşdirib həyacana salırdı.Müsavat fraksiyasının əmələ və soldat vəkilləri şurasına dəfələr ilə etdiyi müraciəti nəticəsiz qalırdı.

1918-ci il martın 14-də Əmirovun komandası altında Şamaxıya bolşevik əsgəri dəstəsi göndərilmişdi. Müsavat firqəsi bu əsgəri dəstəni göndərməkdə məqsəd nə olduğunu sorduqda əmələ və soldat vəkilləri şurası cavab vermişdir ki, bu dəstə uyezddə olan xırda üsyanı yatırmaqdan ötəri göndərilir. Buna qədər Hacıqabuldan Salyana və oradan da Muğana bolşevik qoşunu göndərilmiş idi.Lənkəranda olan Dikiy diviziyanı tərk-silah etmək üçün dəniz təriqilə bolşevik dəstələri göndərilmişdi.Bunlar hamısı erməni milli şurasının xəbəri ilə edilirdi. Göndərilən bolşevik əsgərlərinin hamısı yolda qabaqlarına gələn müslman kəndlərini dağıdıb zirizəbər edirdilər. Bu qərar üzrə Astarayadək bolşevik əsgərləri göndərilmiş idi.Astara top atəşinə tutulub qarət edildikdən sonra,əhalinin var-yoxu aparılmışdı.Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasında olan hamı müsəlman kəndləri “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutulmuşdu.Stopka Palayevin quldur dəstəsi gecələr müsəlman evlərinə hücum edib,ev sahibinin silahını aldıqdan sonra özünü kötəkləyirdilər.Flot matrosları da bu cür hərəkətdə bulunurdular.Yanvar ayında başlamış Mart hadisələrinə qədər bu hal davam edirdi.

Hacı Zeynalabdin Tağıyevin oğlunun cənazəsini Bakıya gətirən 48 nəfər Dikiy diviziya əsgərləri şəhərə gəldikdən sonra, şəhər əhvalı daha da fənalaşdı.Şəhərin hər yerində müsəlmanlar əleyhinə mitinqlər tərtib edilirdi.Əhali həyəcana düşüb hadisələri gözləyirdi.Müsavatçılar var qüvvələrini bu işlərin hamısının sülh ilə bərqərar olmasına sərf edirdilər. Lakin daşnaklar yatmırdılar.Fevral ayından başlamış onlar xəlvətcə erməni ailələrini şəhərin müsəlman hissələrindən götürməyə başladılar. Bununla belə şayiət buraxdılar ki,müsəlmanlar bütün xristianları məhv etməyə hazırlaşırlar,xüsusən müsavatçıları müttəhim edirdilər.

Şura hökuməti başında olan Şaumyan, Saakyan və Arakelyan bu qeyri-təbii əhvalın birtərəf edilməsi üçün heç bir təşəbbüsatda bulunmayırdılar.Müsavatın hər bir müraciətinə onlar cavab verirdilər ki, hər bir işdə müsəlmanlar özləri günahkardılar və işlərin belə olmasına müsəlmanlar çalışırlar.Bunlara baxmayaraq müsəlmanlar fikirlərinə belə gətirmirdilər ki, ermənilər və ruslar Mart hadisatına bais ola biləcək bir nadanlıq edə bilərlər.Bununla belə müsəlmanların bu niyyətlərinə şübhəli baxırdılar.Bu halda Şamaxı hadisələri haqqında Bakıya xəbərlər gəlməyə başladı. Martın 16-da xəbər gəldi ki,bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb,yolda qabaqlarına gələn müsəlman kəndlərini, o cümlədən Ağdərə, Noxanlı, Qarxunlu və qeyrilərini qarət edib,müsəlmanları qırırlar, müsavatçılar bu kəndlərin müsəlman əhalisini sakit etməyə çalışıb onları inandırırdılar ki, müsəlmanlar ilə erməni və ruslar arasında ədavət yoxdur.Eyni zamanda Bakıda olan erməni soldatları körpülərdə olan fəhlələri,hambalları və qeyri-müsəlmanları döyüb incidirdilər.

Mart ayının 17-də Bakıya xəbər verildi ki, erməni və rusların milli qoşunları Şamaxıyadək yetişmişlərdir və orada bolşeviklər ilə müsəlmanların əlaqəsi çox kəskinləşmişdir, hətta xırda müsadimələr vaqe olmuşdur.Ələlmüm Şamaxıdan gələn xəbərlər çox yaxşı deyildi.

Haman gün mart ayının 17-də axşam “Evelina” paroxodunda bir çox arvad,uşaq,qoca kişilər, müsavat nümayəndəsi və 38 nəfər “Dikiy diviziya” soldatları Lənkərana getməlidirlər. Faqət Şura hökuməti paroxod komandirinə əmr vermişdir ki, xüsusi icazə almayanadək yola çıxmasın.Heç bir şeydən xəbəri olmayan sərnişinlər bu əhvaldan həyəcana düşürlər.Saat 10 radələrində bir qaraqaşaqlıq olur.Deyirlər ki, bolşevik soldatları körpünü əhatə etmişlərdir.Əhvaldan xəbər bilmək istəyən müsəlləh Dikiy diviziya nəfəratı atəşə məruz qalır.Bu hində körpüdə atışma başlar və on beş dəqiqədən sonra qurtarır. “Müsavat” üzvlərindən bir neçələri arayı sakit etmək üçün körpüyə gəlirlər,sonra başlanan atışma nəticəsiz olaraq yarım saat davam edər.Sonra gecə saat üçədək xəndəklərdə əyləşirlər. Sair firqə üzvləri ilə bərabər “Müsavatçılar” Şura hökuməti komitəsinə gələrlər.Oradan bir neçə nəfər alıb körpüyə gəlirlər və məqsəd də bu idi ki,orada olan hadisə bir növlə yatırılsın.Bolşeviklər bu hadisədən istifadə edərək bütün şəhər içərisində atışmaya başlayırlar. Gecə Şura qoşunu Velikokinyajevski, Olqenski və Voronsovski caddələrini işğal edirlər.Həmən gecə erməni və rusların süvari qoşunları küçələri dolaşıb,əhalini daha artıq xof və dəhşətə salırlardı.

Müsavatçılar bu yolda çox çalışdılar.Həyəcana düşmüş müsəlmanları sakit edirdilər.Küçələrdə qalan müsəlmanları evlərinə qaytarırdılar və eyni zamanda dikiy diviziya soldatlarını vadar edirdilər ki, onlar silahlarını təslim etsinlər.Zira bolşeviklər silah təslimindən sonra onları azad edəcəklərini bildirdilər.Nəhayət,dikiy diviziya soldatları silahlarını müsavatçılara verərək bəyan etdilər ki,ortalıq qarışmasın deyə bunları təslim edirlər.

Lakin bolşeviklər ilə daşnaklar yatmırdılar.Bizimkiləri pristanda əhatə etdikləri zaman onlar müsəlmanlara hücum etmək istəmişlərdi.Faqət onlar Şamaxı qoşunlarını gözlədiklərindən bir gün sonraya bu qırğını təxir edirlər.

Müsavatçılar İcraiyyə Komitəsindən mart ayının 18-də yekşənbə günü səhər saat 7-də qayıdırlar.Müsəlmanlar dikiy diviziya soldatlarının silahlarının alındığını duyaraq həyəcana düşürlər və dükanları bağlayaraq milli komitə iclasına gəlirlər.Mitinqdə natiqlər etiraz nitqləri deyərək bir neçə nəfər vəkil seçirlər ki,onlar bolşevik icra komitəsindən tüfəngləri tələb etsinlər və bəyan olunsun ki,tüfənglər qaytarılmadıqca bazarı açmayacaqlar. Müsavatçılar bu mitinqlərdə cəmaəti asudalığa dəvət və üç dəfə intibahnamələr buraxaraq dükançılara dükanları açmağı təklif edərlər.Axırıncı intibahnamədə bildirilmişdi ki,icra komitəsi axşam saat 6-da silahları qaytaracaq və üzr dəxi istəmişdir.

O zaman müsavatçılar əhalini asudalığa dəvət edirdilər,eyni zamanda rus qoşunları,erməni soldatları rast-gələn müsəlmanları silah bəhanəsilə axtarırdılar.

Daşnak soldatları qaravulda duran beş nəfər müsəlman soldatlarını samosud etmək istəmişsələr də ruslar və müsəlmanlar yetişərək bunları xilas etmişlərdir,bu hində xəbər yetişir ki,şəhərin kənarında və Şamaxı altında Stopka Lalayevin ordusu müsəlmanları qırır.Bu xəbərlər və erməni soldatlarının insaniyyətdən kənar hərəkətləri müsəlmanları fövqəladə bir surətdə həyəcana salırdı.Saat 5-də müsavatçılar Bolşevik İcraiyyə Komitəsində silahların qaytarılmasını gözləyirdilər.Bu halda xəbər yetişir ki, bolşevik rus əsgərləri Şamaxı küçəsində müsəlmanlara hücum edib onları öldürürlər.

Axşam saat 6-da bir çox müsəlman vağzalda tofiq edimişlərdir.Axşam saat 7-də bolşevik rus soldatları rastlarına gələn müsəlmanları öldürməyə başladılar.Müsavatçılar dəfaatla icra komitəsinə müraciət etmişsələr də hər dəfə:heç bir şey bilmirik cavabını alırmışlar.Bu vavt Mars teatrosunun damından bolşevik pulemyotu işləməyə başlar.

Saat 10-da məlum olur ki, Velikokinyajski, Olqinski və Marinski küçələr bolşevik rus əsgərləri tərəfindən işğal edilib şəhərin aşağı hissəsi ilə əlaqə kəsilmişdir.Saat 11-də erməni nümayəndəsi doktor Ter-Zaxaryan müsavat idarəsinə milli komitəyə gəlib demiş ki,erməni milli komitəsi Metropola yığışmışdır ki, müsəlmanlar ilə bir yerdə bolşeviklərin qarşısına çıxmaq üçün şura etmək istəyirlər.Və əlavə etmişki:Bizim Şura qoşunu ilə heç bir əlaqəmiz yoxdur,bu siyasi bir mübarizədir,çalışmalı ki,bu mübarizə hər iki millətə zərər yetirməsin.

Bu zaman müsəlmanlar müavinət etmək istərlər Milli Komitədən Əlimərdan bəy Topçubaşovu,Əbdüləlibəy Əmircanovu, Ağahüseyn Tağıyevi,Yusifəli Əliyevi,müsavatdan Əmin Məmmədovu,Səməd bəy Əliisgəndərovu,Əsədulla Əhmədovu oraya göndərirlər.Axşam saat səkkizdə səkkiz nəfər müsəlman bir nəfər erməninin sözünə görə Metropola əzimət edirlər.Müsəlmanlar bu yerədək erməni milli komitəsinə inanırdılar.Vəkilləri erməni soldatları gülləyə basdığından bunlar qayıdırlar.Sonra Ter-Zaxaryan telefon ilə Metropolda Ter-Mikaelyans və Taqiyanosov ilə danışır və qərar qoyarlar ki,səhər 7-də yığışsınlar.Eyni zamanda ermənilər söz verirlər ki,erməni hissəsində olan müsəlmanları mühafizə edəcəklərdir.Müsəlman hissəsində olan erməniləri də müsəlmanlar mühafizə etsinlər.

Müsəlmanlar bu barədə məhəllələrə əmr verirlər. Saat 5-də bildik ki, ermənilər bizi aldatmışlardır.Bunlar bir tərəfdən bizimlə danışığa girişdiyi halda digər tərəfdən Şaumyan və eserlər ilə barışığa girişmişlərdir.Bunlar qət etmişlər ki,bizi aldadıb ixtiyarı əllərinə alsınlar.

Müsavatın birinci şöbəsindən bildirildi ki,ermənilər bizə hücum edirlər və zirehli avtomobillər Müsavat qarşısında dayanıb onları gülləyə basır və bir neçə müsəlmanı küçəyə çağırıb öldürmüşlərdir. Müsəlmanlar icra komitəsinə müraciət ilə nə üçün belə edilir dedikdə: sizə belə lazımdır deyə Qaraxanyan cavab verirmiş.

Azərbaycan qəzeti N147, 31 mart1919.

Ardı var


MANŞET XƏBƏRLƏRİ