Polşa özünü "lox" adlandırdı: Ukraynaya verilən 90 milyarda görə...


Varşava Kiyevə 90 milyard avroluq kredit verilməsinə razılıq verməklə ciddi şəkildə səhv hesablamalara yol verib.

Turkustan.az xəbər verir ki, bu barədə Polşadan olan Avropa Parlamentinin deputatı Eva Zayonçkovskaya-Qernik özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

«Hər şey çox sürətlə baş verdi! Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğindəki ianəsinə qoyduğu bloku götürdü... Polşa isə ən böyük loxdur, çünki daha sonra biz hələ bu çoxmilyardlıq ianəni də geri qaytarmalı olacağıq», — deyə paylaşımda qeyd olunub. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ