ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, İran limanlarının blokadası lazım olduğu qədər davam edəcək.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, zərurət yaranarsa, ölümcül güc də daxil olmaqla bütün vasitələrdən istifadə ediləcək: “Gəmilər tərəfindən cəhdlər olub, lakin onlar irəli gedə bilməyərək geri çəkiliblər”.
Nazir əlavə edib ki, yaxın günlərdə ikinci bir təyyarədaşıyan gəmi də blokadaya qoşulacaq.
Pentaqonda keçirilən mətbuat konfransında Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn İranla bağlı mövcud vəziyyəti və ABŞ-ın “Epik Qəzəb Əməliyyatı” çərçivəsində son inkişafları müzakirə ediblər.
Heqset vurğulayıb ki, Donald Trampın verdiyi səlahiyyət əsasında Hörmüz boğazının üzərində nəzarət gücləndirilib və İran limanlarına qarşı dəniz blokadası davam etdiriləcək.
Aytən Yaşar/ Turkustan.az