İsveçrə İrandakı müharibədən sonra 11 martda bağladığı Tehrandakı səfirliyini yenidən açdığını açıqladı.
Turkustan.az xəbər verir ki, İsveçrə hökuməti İrandakı səfirliyinin yenidən açıldığını elan etdi. Hökumətin yaydığı açıqlamada Tehrandakı səfirliyə diplomatik nümayəndə heyətinin göndərildiyi qeyd edildi.
ABŞ-İsrail arasında İrana hücumlardan sonra təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Tehrandakı İsveçrə səfirliyi 11 martda müvəqqəti olaraq bağlanıb. Uzun müddətdir silahlı neytrallıq siyasətini davam etdirən İsveçrə ABŞ və İsrailə bütün yeni silah ixrac lisenziyalarını dayandırıb və ABŞ hərbi əməliyyatları üçün hava məkanını məhdudlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az