Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
“Türk dünyası coğrafiyası”nın tədqiqində kompleks elmi-nəzəri təhlillər sırasında coğrafi yer adlarının tipoloji təsnifatında ÜmumTürk dəyərləndirmələr xüsusi yer tutur. Ənənəvi Türkçülük mifologiyasında kult kimi qəbul edilən İgidlik, Cəsurluq, Yenilməzlik, Təbii Güc, Böyüklük, Müdriklik...kimi dəyərlərin toponimlərlə ifadəsi Doğudan Batıya əski Türklərin uluslarına xas olan cəhətdir. Əsas cəhət odur ki, minilliklər ərzində Türk dilli etnobirliklərin tarixi dil üslub və morfofonetik xüsusiyyətləri, irqi mənsubiyyəti....müəyyən dərəcədə dəyişiklərə uğrasa da, yer adlarının etimoloji anlamında Türk məxsusluğu olduğu kimi qalmışdır.
Əski minilliklərə aid tarixi salnamələrdə göstərilən Dünya-Təbəddülat ocaqlarının yayıldığı çox az məkanlardan biri də Yeni Su/Yenisey çayı hövzəsinə, Doğu Savur/Sibir yaylasının cənubuna, Sayın/Sayan dağlarına sığınan Bəylərin/Bayanların geniş, hüdudsuz əraziləridir ki, mürəkkəb və müxtəlif oroqrafik strukturlara bölünmüş, geoloji dövrlərdə qazandığı təbii mənzərələri ilə göz oxşamış, eləcə də, mənəvi-sakral dəyərləri ilə mədəni irs zənginliyini artmasına səbəb olmnuşlar. Bu sayaq etnosakral məkanlar sırasında Bəygöl/Baykal gölü hüdudlarının coğrafi adları etimoloji anlamında əski, kökənli Türk etnoqövmlərinin genetik inkişaf tarixini əks etdirməklə (Türk dilinin genezisi, fonetikası, semantikası, dialekt və şivələrinin məna çalarları, şifahi və yazılı dialekt qramatikasının üslubu, fonetik və assimlyativ dəyişikliyin ifadə tərzi, çoxsoylu Qəbilə-Tayfa qollarının semantik dil qohumluğu... baxımından) yanaşı, həm də, mükəmməl tarixi-coğrafi, dini-fəlsəfi, milli-mənəvi, maddi-mədəni... irs zənginliyinə də bir nümunədir. İlahi Haqqa tapınmanın ilk dini-fəlsəfi, mistik-ruhani inanc təməlinə köklənən Şamançılıqdan rişələnən atan və bu hövzədə yerli qövmlər arasında geniş yayılmış əfsanələr, rəvayətlər (“Bəygöl igidi haqqında”, “Bəygölün qızı haqqında”, “Şaman qayası haqqında”, “Ər Hun adasının sahibi haqqında”....) bir daha sübut etməkdədir ki, Bəylərin/Bayanların əski yurdlarından olan, adlarını yaşadan (etnonim kimi) Bəygöl/Baykal gölünün (yaşının 25-30 milyon il olduğu yazılır) milli-etimoloji dəyərləri... etnosakral tarixin dəyərli səhifələridir.
Ər Qurd və Gur Hun soyuna mənsub qəbilə-tayfa Birliklərinin bu ərazilərdə məskunlaşmasının tarixi e.ə.II minilliyin ortalarından başlayaraq (ulu sələflərinin yaşayışı10-15 min illik dövrü əhatə edib) daimi yaşayış/həyat tərzinə çevrilməsi barədə xronoloji-arxeoloji məlumatlara rus tədqiqatçıları V.İ.Matyuşenkonun (1928-2005) “Qədim Sibirin tarixi” (Omsk ş.,1999) , etnoqarf , t.e.d. Q.M.Vasilyeviçin (1895-1971) “Evenklər” (1968), Hun soylu səyyah Y.Zizinin (1837-1906) VI cildlik....əsərlərində geniş yer verilmişdir. Ərəb səyyahı və alimi R.F.Həmədaninin (1247-1318) “Salnamə toplusu” kitabında həm də, Savur/Sibir elləri, Bəygöl/Baykal gölünün təbiətii, ruhsal ocaqları və müqəddəs yerləri...barədə tarixi-coğrafi məlumatlar vardır.
Haşiyə. İntəhasız, ucsuz-bucaqsız Uzaq Doğu üfüqlərində yurd quran, ocaq çatan, soy artıran, özəl Ailə-Dil yaradan, tarixi Təşəkkül/Təbəddülat mərhələlərinə imza atan əski Türk xalqlarının coğrafi məkanlarından biri də Bəygöl/Baykal hövzəsi (çayları, gölləri, dağları, yaşayış məntəqələri...) olmuşdur. Təbiətin saf su incisi və ruhun sakral örtüyünə bürünmüş Bəygöl/Baykal dünyanın ən dərin gölüdür, qurudakı şirin su ehtiyatının 20-23%-i ona aiddir, 40 m dərinliyə qədər “güzgülənir”, sahəsi 31722 kv.km-dir, Türk İgidlərinin soyu ilə adlanan-Bəy Quzların yurdu/Barquzin, Hamar Daban, Ulu Beykəs/Ulan Burqas....dağlarının əhatəsindədir. Suyunun müqəddəsliyinə qarışan dini-sakral ruhu and yerinə çevrilib, İlahi təqva ocağı kimi qorunur (ona adicə daş atmaq da, günah hesab olunur), bu gölə 366 çay tökülür, yalnız bir çay – Ən qara/Anqara (“çox böyük” mənasında) ondan axır, Yeni Su-Yenisey çayının sağ qoludur. Ər Qurdların tarixi yurdlarında dünyaya “göz açan” bu gölün uyuduğu coğrafi məkan- müasir Buryat diyarı “Ər Qurdların/Bəylərin yurdu” anlamındadır.
Bəy göl şifahi və yazılı irs nümunələrində (“Şaman qayaları haqqında” əfsanə...), xalq yaddaşında mistik sevgi ilə tərənnüm edilir, sakral duyğularla adı çəkilir, saysız-hesabsız əfsanələrə ona həsr edilib. Onun haqqında mövcud olan mifoloji-bədii mənbələrin ümumi cəhəti ondan ibarətdir ki, bu milli-mənəvi, epik düşüncə ÜmumTürk mədəniyyətinin bir parçası və tərkib hissəsidir, Bütöv Türk dünyası coğrafiyasına aid dini-sakral məzmun kəsb edir və həm də, ədəbi-coğrafi dəyərləri özündə birləşdirir. Yəni, Bəy gölü iki güclü külək himayə edir-Bəy Quzların dağından (şimal-şərqdən) və cənub-qərbdəki Qoltuq/Kultukdan əsən güclü hava axınları. Ər Hun/Orxon adasındakı müqəddəs “Şaman vadisi”nin Qayaları Ruhların qorunduğu yer timsalındadır..
(Qobustanın qış otlaqlarından biri Qoltuq adlanır, Sovet İttifaqı Qəhrəmanı Əlif Turxan oğlu Piriyev (1922-1986) Neftçala rayonu, Qoltuq kəndində doğulub).).
Bəy Quz/Barquzin çayı uca dağ silsilələrindən başlayaraq 480 km məsafədə vadidən keçərək Bəy Gölə/Baykala orta hissələrdə qovuşur, Bəy Quz şəhərindən keçir, göldə eyni adlı körfəz yaradır. Bəy Qurdların, Bəy Quzların...e.ə.II-I minilliklərdə yaratdıqları “Daş sərdabə mədəniyyəti” məhz bu vadidə olub, e.ə. 220-ci ildən II əsrədək Hun imperiyasının tərkibində olmuş, zəngin etnomilli, mifoloji-maddi və coğrafi-mədəni irs nümunələrinin təbii-maddi izləri indiyədək qalmaqdadır. Ən uca zirvəsi Bəy göl/Baykal (2841 m) olan Bəy Quz/Barquzin dağının (məşhur eyni adlı küləyin keçdiyi yüksəklik) batı yamaclarında Bəy Quz/Barquzin nahiyəsi hüdudlarında, göl sahili boyunca 100 km məsafədə dünyaca məşhur təbiər qoruğu (hətta gölün su hövzəsinin 15 min hektar hissəsini də tutur) 1986-cı ildən “Biosfer qoruğu” kimi fəaliyyət göstərir, qoynunda 500-ə qədər irili-xırdalı göllər “güzgü tutur” aşıq səmaya..Qoruq ərazisindən 12 km uzunluqda axan çay Şamanixa/Şaman yurdu/Şuminixa adlanır (yatağı boyunca uzanan “ekoloji çığır” əsrarəngiz meşə gözəlliyinə açılan bir pəncərədir). Ulan-Ude şəhəri yaxınlığında Hun xanəsi/Xeymə-Xan dağında Şaman məbədinin yaşı 4-5 min illik sayılır, işərisində Türk-Moğol hakimi Çingiz xanın “Ağ zəfər bayrağı” (Saqaan xulde) vardır.
Bəy gölün/Baykalın Ər Qurd/İrkutsk bölgəsinə aid körfəzlərindən olan Qoltuq/Kultuqda eyni adlı çayın mənsəbində Qoltuq qəsəbəsi salınlıb, onun şimalında Ər Hun/Olxin platosu, cənub-qərbində Hamar-Daban dağı ucalır, hövzənin kökənli camaatı Hun-Quz tayfalarının xələfləri sayılan Bəy Qurdlar/Barqurtlar, Ata Hunlar/Ataqanlar...çoxsaylı etnoqruplara ayrılır, dialekt-şivə fərqliliyi ilə seçilir.
Hamar-Daban (“keçidi asan olan aşırım” (“ayağa, dabana əziyyət düşüməyən dağ” anlamı, əski Türkcənin dil, tələffüz, ifadə...zərifliyinə bir nişanədir) deməkdir) dağı gölün ucqar cənub hissəsindən şimal-şərqinə doğru eni 50-60 km olmaqla 350 km məsafədə uzanır, zəngin çay şəbəkəsi və sıx meşələrlə ilə örtülüdür, ən uca zirvəsi-Kəmər/Komar dağındakı eyni adlı 2090 m-lik yüksəklik olub (sonradan dəyişdirilərək rus tədqiqatçısı İ.D.Çerskinin (1845-1892) soyadı verilib).
Bəy gölünün şərq hissəsində uca dağların şəbəkəsi sırf Türk dillərinə xas orotoponimlərin yaşının bir neçə on minilliklər olduğuna sübutdur-Udokan silsiləsi, Ulan Burqası dağı, Baysıxan qurşağı, Sağan Daban yüksəkliyi....
Ulan Burqası dağı (uzunluğu 350 km) şimaldan Bəy Quz, cənubdan Hamar Daban qurşaqları arasındadır, qərbdən şərqə uzanır (200 km), hövzəsində Selhəngi/Selenqa, Uda, Türk...çayları axır, Bəy Qurdların dilində (“Burqaahan”-“qırmızı örtüklü”) bu dağın anlamı “Zəfərlər qazanan Hun xanları”nın şərəfinə ad olmuşdur, ən uca zirvəsi Hürri-Haqq/Xurxaq-2033 m-dir. Dağın cənub yamaclarından axan çaylardan... Abaqa, Kürbə, Durna...etimoloji məna baxımından Türk-Moğol dillərinin (coğrafi məkan baxımından Hun-Quz-Moğol...tayfa birliklərinə məxsus olub) assimlyasiyasının ifadəsi kimi yozulur, Abaqa- “ara”, Kürbə-“aşıb-daşan” deməkdir. Kürbə çayının sağ qolu olan Əngur/Angir çayı sahilində yerləşən Angir kəndi də “Ən gur yerdə salınan ulus” kimi qəbul edilir.
Zəngin mis filizi ehtiyatına malik (sənaye ehtiyatı 26,7 milyon t, dünyada 3-cü yataqdır) və əski Türkdilli Udi, Uda, Ude...etnoqovmlərin kökənli məskənləri, uca, parçalanmış, sıldırımlı, meşə ilə örtülü, dərin, selli dağ çayları ilə parçalanamış, mənzərəli dağ gölləri ilə örtülü Udokan (“Xan Udilərin məkanı”) qurşağı Xan çayının orta və aşağı axarlarında uzanır (200 km-ə qədər, eni 40 km, ən uca zirvəsi 2561 m, eyni adı daşıyır). Mis yataqlarının istismarına keçən əsrin 50-ci illərinin əvvəllərindən başlanıb.
Əsrlərlə şərqşünas-moğolşünasların, dilçilərin, linqivistlərin (O.M.Kovalevski (1801-1978), D.B.Banzarov (1822-1855), B.İ.Tatarintsev (1939-2011)...) tədqiq etdikləri və Türk-Moğol etnolinqivistik nəzəri təlimlərə əsasən dəyərləndirilən bu etnoslar Mərkəzi Asiya xalqlarının etnogenezisində əsaslı təsirə malik olsalar da, XX-XXI əsrlər bu qədim Tükdilli etno Birliklərin, Türk xalqlarının bu coğrafiyada etnogenetik mənsubiyyətinin qorunub-saxlanılmasının təhlükədə olduğuna dair məlumatlar da son onilliklərdə daha çox yayılır.
R.S. “National Geographics” Beynəlxalq mərkəzinin məlumatına görə, XX əsrin əvvəllərində dünya əhalisi 7 min dildə danışıb, XXI əsrin sonlarınadək bu dillərin yarıya qəıdər azalacağı bildirilir. Ən çox ölən dillərin yayıldığı təbii-coğrafi və tarixi ərazilər sırasında Türk xalqlarının əski məskunlaşdığı, Türk Uluslarının Şərqi Savur/Sibir və Uzaq Doğu/Şərq, eləcə də, bu bölgələrin Quzey/Şimal məkanlarıdır... YUNESKO-nun nəşr etdirdiyi “Silinmək təhlükəsində olan dünya dillərinin atlası” nda qeyd edilib ki, 2002-ci ildə Buryat dilində danışanlar 81,4% idisə, 2010-cu ildə bu göstərici 43,% olub....
R.S.S. Türk-Moğol soyluların xələfləri yaşayan Buryatiyanın paytaxtı Ulan-Ude şəhərinin 4 məktəbində şagirdlərə Kuban kazaklarının təlimləri öyrədilir, kadet-kazak sinifləri yaradılır, kazak ənənələrinə uyğun andiçmə mərasimləri keçirilir, digər bir tarixi Türk yurdunda - Örənbörk/Orenburq şəhərində Ümumrusiya kazak hərbi yürüşlərində iştirak edirlər...