Amerikalı milyoneri Afrikada fillər tapdalayıb öldürdü - FOTO


Amerikalı milyoner Erni Dozio Afrikada ov zamanı fillərin hücumuna məruz qalaraq həyatını itirib.

Turkustan.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

75 yaşlı amerikalı biznesmen peşəkar ovçu ilə birlikdə tropik meşədə olduğu vaxt 5 dişi meşə fili və onların balası ilə qarşılaşıb.

Heyvanlar özlərini təhlükədə hiss edərək onlara hücum edib. Nəticədə ovçu ciddi xəsarətlər alaraq yerə yıxılıb, Erni Dozio isə əlində ov tüfəngi olmasına baxmayaraq müdafiə oluna bilməyib və fillər tərəfindən tapdalanaraq öldürülüb.

Mütəxəssislərin bildirdiyinə görə, bu bölgədə fillərin insanlara hücumu nadir hallarda baş verir və əsasən sıx meşəlik ərazilərdə qəfil qarşılaşmalar zamanı, xüsusilə balalı sürülərdə müşahidə olunur.

Qeyd edilir ki, Afrika filləri Yer kürəsində ən iri quru heyvanlarıdır və bu da onları hücum zamanı son dərəcə təhlükəli edir: dişi fillər təxminən 4 metr hündürlüyə və saatda 40 km sürətə çata bilir.






/Bizim.Media


MANŞET XƏBƏRLƏRİ