Hakan Fidan: Von der Leyenin açıqlamaları təəssüf doğurdu


Hakan Fidan Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyenin Türkiyə ilə bağlı açıqlamalarının təəssüf doğurduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində çıxış edən Fidan Oxfordda keçirilən “Türkiyənin Xarici Siyasət Vizyonu” adlı tədbirdə iştirak edib.

Von der Leyenin “Avropa qitəsini Rusiya, Türkiyə və ya Çinin təsiri altına düşməməsi üçün tamamlamağa müvəffəq olmalıyıq. Daha böyük və daha geosiyasi düşünməliyik” fikirləri ilə bağlı suala cavab verən nazir deyib: “Bu sözlər təəssüf doğururdu. Lazımi ünsiyyət qurulub. İnanıram ki, vəziyyəti həll etmiş və düzəltmişik”.

Qeyd edək ki, bu açıqlamalardan sonra Avropa Komissiyasının sözçüsü Türkiyənin mühüm NATO müttəfiqi və Aİ-yə namizəd ölkə olduğunu vurğulayıb. O bildirib: “Türkiyə, şübhəsiz ki, həm iqtisadi, həm də siyasi baxımdan regionda mühüm tərəfdaşdır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ