193 ukraynalı məhbus geri qaytarıldı


Mübadilə çərçivəsində 193 hərbçi Ukraynaya qayıdıb.

Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında bildirib ki, dəyişmənin bir hissəsi olaraq 193 ukraynalı hərbçi azad edilərək evlərinə qaytarılıb.

Qayıdanlar arasında Silahlı Qüvvələr, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Milli Polis və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin hərbçiləri var. Onlar müxtəlif istiqamətlərdə ölkənin müdafiəsində iştirak ediblər.

Məlumata görə, azad edilənlər arasında Rusiya tərəfindən cinayət işi açılan və yaralı hərbçilər də yer alır.

Mübadilənin həyata keçirilməsi və hərbçilərin vətənə qayıtması mühüm hadisə kimi qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ