Millli konsepsiyamızın fəlsəfi əsasları: azərbaycançılılıq, türklük, islamlılıq və insanlıq


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III Yazı

Be­lə­lik­lə, So­vet­lər Bir­li­yi döv­rün­də Qu­zey Azər­bay­can xal­qı­nın fəl­sə­fi fi­kir ta­ri­xi­nin sax­ta­laş­dı­rıl­ma­sı pro­se­si get­miş, bu da da­ha çox türk­süz­ləş­dir­mə si­ya­sə­ti­nin fo­nun­da hə­ya­ta ke­çi­ril­­miş­­dir. So­vet-Rus ideo­loq­la­rı bir tə­rəf­dən im­pe­ri­ya si­ya­sə­ti­nə he­sab­­lan­­mış Türk kim­li­yin­dən, Türk­lük şüu­run­dan uzaq, da­ha çox qa­rı­şıq (iran­dil­li, qaf­qaz­dil­li, türk­dil­li) bir Azər­bay­can xal­qı for­ma­laş­dır­ma­ğa ça­lı­şar­kən, di­gər tə­rəf­dən hə­min xal­qın ta­ri­xi­nin, fəl­sə­fə ta­ri­xi­nin, ədə­biy­yat ta­ri­xi­nin, mə­də­niy­yət ta­ri­xi­nin də bu­na uy­ğun ola­raq ya­zıl­ma­sı­na si­ya­si-ideo­lo­ji nə­za­rə­ti hə­ya­ta ke­çir­miş­lər. Bu­nun da nə­ti­cə­sin­də So­vet­lər Bir­li­yi döv­rün­də, xüsu­si­lə də rep­re­siy­ya döv­rün­dən son­ra­kı Qu­zey Azər­bay­­can xal­qı­nın ta­nın­mış ic­ti­mai-si­ya­si xa­dim­lə­rinin, qab­qa­cıl fi­kir adam­la­rı­nın ək­sə­ri kö­nül­lü, ya da məc­bu­ri ola­raq tə­bii Türk nü­və­si­ni bir kə­na­ra qo­ya­raq, da­ha çox na­mə­lum, ya da qa­rı­şıq (iran­dil­li, qaf­qaz­dil­li, türk­dil­li) for­ma­da irə­li sü­rü­lən “Azər­bay­can xal­qı”, “Azər­­bay­can di­li”, “azər­bay­can­lı”, “Azər­bay­can mil­lə­ti” an­la­yış­la­rı əsa­sın­­da ta­rix­çi­lik, dil­çi­lik, fəl­sə­fə­çi­lik, ədə­biy­yat­çı­lıq­la məş­ğul ol­muş­lar. Xü­su­si­lə də, aka­de­mik sa­hə­də ya­zıl­mış “Azər­bay­can ta­ri­xi”, “Azər­­bay­can fəl­sə­fə­si ta­ri­xi”, “Azər­­bay­can di­li ta­ri­xi”, “Azər­bay­can ədə­biy­­ya­tı ta­ri­xi” ki­tab­la­rın­da Türk nü­və­si uzaq tu­tul­muş, hət­ta türk­lü­yü heç bir mə­na­da şüb­hə do­ğur­ma­yan Azər­bay­can Türk mü­tə­fək­kir­lə­ri (Nə­si­mi, Nəi­mi, Fü­zu­li, A.A.Ba­kı­xa­nov, F.Kö­çər­li, N.Nə­ri­ma­nov, H.Ca­vid və b.), hökm­dar­la­rı (Şəm­səd­din El­də­giz, Qa­ra Yu­sif, Uzun Hə­sən, Şah İs­ma­yıl və b.) be­lə Türk kim­li­yi de­yil “azər­bay­can­lı” kim­li­yi adı al­tın­da ve­ril­miş, on­la­rın di­li də Türk di­li de­yil “Azər­bay­can di­li” ola­raq təq­dim edil­­miş, fəl­sə­fi irs­lə­ri də Türk fəl­sə­fə­si de­yil “Azər­bay­can fəl­sə­fə­si” ki­mi xa­rak­te­ri­zə olun­muş­dur.

Qeyd edək ki, Çarlıq Rusiyası və onun davamçısı olan Sovet Rusiyası Azərbaycan-Qafqaz türklərinə qarşı apardığı assimilyasiya və “parçala və hökm sür” siyasətini eynilə Türküstanda aparmış, buradakı vahid Türk ulusunu Özbək, Türkmən, Qazax, Qırığız və digər milli-məhəlli identikliyə bölərək dar çərçivəyə salmışdır. Hər halda 19-cu əsrin sonu, 20-ci əsrin əvvllərində Türküstan aydınları Türküstan və türklük adına mübarizə aparsalar da, çox keçmədən Sovet Rusiyası ideoloqları “parçala və hökm sür!” siyasətinə uyğun olaraq əsasən buna son verməyi bacarmışlar. Məsələn, hazırda Özbəkistan cədidçisi hesab olnan Mahmudxoca Behbudi 1910-cu illərdə Səmərqənddə əsasını qoyduğu mətbəədə Türküstanı tanıdan və Türküstanın ictimai, siyasi, iqtisadi vəziyyətindən bəhs edən kitablar nəşr etmişdir.[1] Həmin dövrdə Behbudinin yolunu Abdulla Avloni,[2] Əbdülhamid Çolpan,[3] Əhməd Baytursunoğlu[4] və başqaları da izləmişlər. Ancaq çox keçmədən SSRİ adlanan imperiyanın tərkibində olan Azərbaycan və Türküstan xalqları mümkün olduğu qədər türklük ruhundan uzaq tutulmağa çalışılmışdır.

Qu­zey Azər­bay­can xal­qı və Türküstandakı Türk dövlətləri müs­tə­qil­likləri­ni bər­pa et­dik­dən son­ra (1991) bu mə­sə­lə­lərlə bağlı müsbət yöndə mü­əy­yən qə­dər də­yi­şik­­lik­lər baş ver­miş­di. Xüsusilə, Azərbaycanda müs­tə­qil­li­yin bər­pa­sı ərə­fə­­sin­də və ilk il­lə­rin­də Türk nü­və­si­nə doğ­ru mü­əy­yən ad­dım­lar atılmışdır. Ancaq bütün bunlar ar­dı­cıl ol­ma­mış və əsa­sı Çarlıq Ru­si­ya­sı ilə So­vet Ru­si­ya­sı döv­rün­də qo­yul­muş yad ideoloji me­to­do­lo­gi­ya­lar öz izi­ni sür­dür­mə­yə da­vam et­miş­dir. Bu ba­xım­dan is­tər “Mil­li ideo­lo­gi­ya prob­­le­­mi­­nə ta­ri­xi-fəl­sə­fi ba­xış. II his­sə” (2014),[5] is­tər­sə də “Azər­bay­can Türk fəl­sə­fi və ic­ti­mai fi­kir ta­ri­xi. XIX-XX əsr­lər. I his­sə” (2018)[6] ad­lı ki­tab­la­rı­mı­zın nəşr­lə­rin­dən son­ra üz­ləş­di­yi­­miz bə­zi ha­di­sə­lər bi­zi nə­in­ki tə­əc­cüb­­lən­dir­miş, tam əs­ki­nə tut­du­ğu­­muz mil­li yo­lun doğ­ru­­lu­ğu­nu bir da­ha təs­diq et­miş­di.

Mil­li yol, mil­li me­tod, milli konsept de­di­yi­miz, hər bir mə­qa­lə­­miz­dən tut­muş ki­tab­la­rı­mı­za­dək, yer­li konf­rans­lar­dan tut­muş bey­nəl­­xalq konf­rans­­la­ra­­dək Azər­bay­can xal­qı­nın, Azər­bay­can türk­lə­ri­nin keç­miş döv­lət­­çi­lik əzə­mə­ti­ni bər­pa et­mək üçün va­hid mil­li ta­ri­xi, mil­li ədə­biy­ya­tı, xü­su­si­lə də mil­li fəl­sə­fə­ni (mil­li fəl­sə­fə ta­ri­xi­ni) və bu ki­mi mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zi or­ta­ya qoy­maq­dır. Baş­qa söz­lə, mil­li yo­lu­muz Qərb-Av­ro­pa və Ru­si­yanın siyasi-ideoloji me­to­d­­la­rın­­dan müm­kün qə­dər uzaq dur­maq­la Azər­bay­can Türk mil­li kon­sep­si­ya­­sı­nı, Azər­bay­can Türk mil­li me­to­do­lo­gi­ya­sı­nı da­ha da tək­mil­ləş­dir­mək və na­ta­mam­lıq komp­­lek­sin­­dən qur­tul­maq­dır. Çün­ki mil­li kon­sep­si­ya­dan hə­rə­kət et­mə­yən bir top­lum üçün na­ta­mam­lıq komp­lek­si da­vam edir və bu da­vam et­dik­cə Av­ro­pa­ya, ABŞ-a, Ru­si­ya Fe­de­ra­si­ya­sı­na, Çi­nə, Səu­diy­yə Ərə­bis­ta­nı­na və baş­qa­la­rı­na in­teq­ra­si­ya ol­maq da­ha çox ön plan­da olur. Şüb­hə­siz, za­man-za­man in­teq­ra­si­ya is­ti­qa­mət­lə­ri də döv­rün məc­bu­ri geo­si­ya­si şərt­lə­ri al­tın­da yer də­yiş­di­rir. Məhz be­lə bir şə­ra­it­də da­ha da­ya­nıq­lı ol­maq və gə­lə­cə­yə doğ­ru da­ha ümid­li get­mək üçün mil­li me­to­do­­lo­gi­ya­dan, mil­li kon­sep­si­ya­dan, bir söz­lə mil­li özünüdərk­dən, milli şüurdan çı­xış et­mək son də­rə­cə önəm­li­dir.

Yeri gəlmişkən, “konsept” sözü “anlayış” anlamını daşıyıb özündə iki cəhəti: 1) predmet və ya hadisənin əhəmiyyətli əlamətlərini, 2) həmin predmet və ya hadisə ilə bağlı müəyyən təssəvvürləri, assosiasiyaları ehtiva edir: “Bu əlamətlərinə görə, konsepti əşya və ya hadisənin “mental vahidi” də adlandırırlar. Tərifdən görünür ki, konseptin ideyadan fərqi vardır. Belə ki, konsept əşya və ya hadisə haqqında mövcud olan ideyanın bir qədər genişlənmiş formasıdır. Orada ideyanın əsas məzmunu ilə yanaşı, həmin məzmuna müəyyən münasibət də yer alır. Bu da konseptin ideyanın nəzəriləşdirilməsi və konseptuallaşdırılması istiqamətində subyekt tərəfindən göstərilmiş koqnitiv fəaliyyətin nəticəsidir”. [7]

Milli fəlsəfə, milli fəlsəfə tarixi məsələsi ilə bağlı onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Cümhuriyyəti adlı dövlət qurulana qədər (1918), Cümhuriyyət dövrü (1918-1920) və Azərbaycan SSR-nin ilk dövründə (1920-1936) Azərbaycan xalqı və onun mütəfəkkirləri Türk milli və əxlaqi-mədəni kimliyi ilə tanınmışlar. Azərbaycan Cümhuriyyəti adlı dövlətin quruluşundan sonra Türk milli və sosail-mədəni kimliyi əsasında Azərbaycan türkləri, Azərbaycan türkü, Azərbaycan xalqı, Azərbaycan Türk ədəbiyyatı, Azərbaycan Türk mədəniyyəti və bu kimi digər anlayışlar meydana gəlmişdir. Ancaq 1936-cı ildən sonra, yəni repressiya dövrünün (1937-1938) başlaması ilə Türk milli və sosail-mədəni kimliyi qadağan edilmiş, bu da öz əksini bütün sahələrdə, o cümlədən ədəbiyyat, mədəniyyət, tarix, fəlsəfə, dil və digərlərində tapmışdır. Biz isə, milli fəlsəfə, milli fəlsəfə tarixi nəzər nöqtəsindən çıxış edərək bu kitabda yalnız Azərbaycan Türk mütəfəkkirlərinin fəlsəfi və ictimai fikrini qələmə almışıq.

Ona gö­rə də, bö­yük döv­lət­lə­ri­mi­zin (Sə­fə­vi­lər, Əf­şar­lar və b.) ki­çik bir qis­min­də müstəqilliyimizi bər­pa et­dik­dən son­ra (1991) mil­li kon­sep­si­ya­nın for­ma­laş­ma­sı is­ti­qa­­mə­tin­də azər­bay­can­çı­lıq və türk­çü­­lük ide­ya­la­rı­nın if­rat şə­kil­də qar­şı-qar­şı­ya qo­yul­ma­sı, xü­su­si­lə də mil­li di­lin adı­nın və mil­li kim­li­yin ne­cə ad­lan­dı­rıl­­ma­­sı, “Azər­bay­can” və “İran” an­la­yış­­la­rı­nın fərq­li izah­la­rı, bu coğ­ra­fi­ya­da­kı ta­ri­xi şəx­siy­­yət­lə­rə və mü­tə­­fək­­kir­lə­rə sa­hib­lən­mə­lər, qə­dim dövr və or­ta əsr­lər­də­ki döv­lət­lə­rə ya­naş­ma­lar, “gəl­mə” və “yer­li” xalq­lar mə­sə­lə­si bir­mə­na­lı ol­ma­mış­­dır. Bu­na sə­bəb də odur ki, azər­bay­­can­çı­lıq və türk­çü­lük ide­ya­la­rı­nı ey­ni­ləş­di­rən­lər üçün önəm­li olan bö­yük döv­lət­ləri­mi­zin mər­kə­zi ol­muş “ta­ri­xi-coğ­ra­fi Azər­­bay­can”ın, Azər­bay­can türk­lə­ri­nin bir­li­yi va­cib ol­du­ğu hal­da, on­lar ara­sın­da zid­diy­yət ax­ta­ran­la­ra gö­rə isə “Ru­si­ya Azər­bay­ca­nı”, “İran Azər­bay­ca­nı”, “Qərb Azər­bay­ca­nı” ide­ya­la­rı da­ha çox ke­çər­li­dir.

Fikrimizcə, burada önəm­li olan Azər­bay­can Türk xal­qı­nın təx­mi­nən iki əsr bun­dan əv­vəl­ki si­ya­si, iq­ti­sa­di, mə­də­ni, fəl­sə­fi, çoğ­ra­fi sa­hə­­lər­­də­­­ki bir­li­yi­ni, bü­tün­lü­yü­nü, döv­lət­çi­li­yi­ni ye­ni­dən bər­pa et­mək­dir. Bu­nun üçün də, ön­cə şü­ur­la­rı­mı­za zorla ye­ri­dil­miş yad ide­ya, ideologiya və dün­ya­gö­rüş­lər­dən qur­tu­lub dai­ma bir-bi­ri­nin ey­ni­li­yi ol­muş Azər­bay­­can və Türk ide­ya­­la­rı­­nın sin­te­zin­dən çı­xış et­mək, yə­ni bu an­la­yış­la­rın is­tər hər­fi, is­tər­sə fəl­sə­fi an­lam­da ye­ni­dən bü­tün­ləş­mə­si­nə ça­lış­maq­­dır. Çün­ki son əsr­lər­də, Azər­bay­can və Türk sin­te­zi­nin əleyh­dar­­la­rı­nın şü­ur­la­rı­mı­za ye­rit­di­yi əsas zə­rər­li ide­ya­lar­dan bi­ri də, əsa­sən “Azər­­bay­­can” an­la­­yı­şı­nı iran­dil­li­lik (av­ro­pa­­mər­kəz­­çi­lik) əsa­sın­da izah et­mək, ey­ni za­man­da bö­yük döv­lət­lə­ri­mi­zin mər­kə­zi olan “ta­ri­xi-coğ­ra­fi Azər­bay­can”da qeyri-türk et­nos­­la­rı, et­nik qrup­la­rı onun nüvəsini təşkil edən sözdə “gəl­mə”, “bar­bar” türk­lə­rə qar­şı qoy­maq ol­muş­dur.

[1] Behbudiy, Mahmudxoca. Yaşlarğa murojaat. Toşkent, “Manaviyat”, 2022, s.135

[2] Avloniy, Abdulla. Tanlangan Asarlar. 2 cildde, 1-ci cild. Toshkent, “Manaviyat”, 2009, s.32

[3] Çulpon, Abdulhamid. Adabiyot nadir. Тoshkent, Çulpon naşriyyatı, 1994, s.43

[4] Baytursunulı, Ahmet. Şığarmaları. Almatı, Jazuvşı, 1989, s.57

[5] Ələkbərov F.Q. Milli ideologiya prob­le­mi­nə tarixi-fəlsəfi baxış (II hissə). Bakı, “Elm və təhsil”, 2014, s.5-14

[6] Ələkbərli F.Q. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).

I hissə. Bakı, “Elm və təhsil”, 2018

[7] Məmmədzadə İ., Mədətli E., Qurbanov F., Həsənov S., Hüseynov H., Zülfüqarov V. İlham Əliyev: Yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi. Bakı, “Bəxtiyar-54”, 2024, s.106


MANŞET XƏBƏRLƏRİ