NATO-nun təsis müqaviləsində üzv dövlətlərin Alyansdan üzvlüyünün dayandırılması və ya xaric edilməsi ilə bağlı heç bir müddəa mövcud deyil.
Turkustan.az xəbər verir ki, NATO rəsmisi Anadolu Agentliyinə açıqlamasında beynəlxalq mediada ABŞ Müdafiə Nazirliyinin daxili yazışmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Həmin iddialara görə, ABŞ İrana qarşı mümkün hücumlar və Hörmüz boğazındakı əməliyyatlarda onu dəstəkləməyən NATO müttəfiqlərinə qarşı ssenarilər üzərində işləyib.
Rəsmi şəxs qeyd edib ki, NATO-nun təsis sənədi üzvlüyün dayandırılması və ya alyansdan çıxarılma mexanizmini nəzərdə tutmur.
Eyni zamanda iddialarda ABŞ Müdafiə Nazirliyinin daxili kommunikasiya sənədlərində İrana qarşı əməliyyatları dəstəkləməyən bəzi NATO ölkələrinin “çətin müttəfiqlər” kimi xarakterizə edildiyi və onlara qarşı mümkün tədbirlərin müzakirə olunduğu bildirilir.
Aytən Yaşar/ Turkustan.az