Millli konsepsiyamızın fəlsəfi əsasları: azərbaycançılılıq, türklük, islamlılıq və insanlıq


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

II Yazı

Sovetlər Birliyi dövründə məq­səd­li şəkildə xü­su­sən Əf­şar­­lar, Qa­car­lar “iran­lı”, “per­sia” adı al­tın­da Azərbaycan türklərinə düş­mən elan edilib Çar­lıq Ru­si­ya­­sı­­nın Qaf­qa­zı, o cüm­lə­dən Gü­ney Qaf­qa­zı və Qu­zey Azər­bay­­ca­nı iş­ğal et­mə­si­ni isə “tə­rəq­qi­pər­­vər” Çar­lı­ğa bir­ləş­dir­mə ad­lan­dı­rıb bay­ram gü­nü ki­mi qeyd olun­ma­­sı­na cəhd­lər gös­tə­ril­miş­dir. Ən ge­niş ya­yıl­mış fi­kir­lər­dən bi­ri də o idi ki, Qu­zey Azər­bay­ca­nın Çar­lıq tə­rə­fin­dən iş­ğal olu­nub Qa­car­lar döv­lə­ti­nin tərk­bin­də qal­ma­ma­sı bö­yük “uğur” imiş. So­vet ide­olq­la­rı­nın apar­dı­ğı təb­li­ğa­ta gö­rə, Çar­lıq iş­ğa­lı ol­ma­say­dı o za­man Qu­zey Azər­bay­­can xal­qı da Gü­ney Azər­bay­can xal­qı ki­mi təh­sil­dən, mə­də­niy­­yət­dən uzaq qa­la­caq, bu­nun­la da yal­nız “tə­rəq­qi­pər­vər”, qabaqcıl Rus­­i­ya­nın de­yil, eyni zamanda Av­ro­pa­­ mə­də­niy­yə­tin­dən də fay­da­la­na bil­mə­yə­cək­di.[1]

Şüb­hə­siz, bü­tün bun­la­rın fo­nun­da nə­in­ki mil­li, hər han­sı bir ob­yek­­­tiv ta­rix­çi­­li­yin, ədə­biy­ya­tın, dil­çi­li­yin, fəl­sə­fə­nin ya­zıl­ma­sın­dan söh­bət ge­də bil­məz­di. Xü­su­si­lə də, rep­res­si­ya döv­rün­dən (1930-cu il­lə­rin or­ta­la­rın­dan) baş­la­ya­raq, hət­ta, ən aza­cıq ob­yek­tiv və mil­li ruh­lu mü­la­hi­zə­lər, ba­xış­lar be­lə qə­bu­le­dil­məz ol­muş­dur. Bu ba­xım­dan “Bö­yük Ru­si­ya” tə­rəf­dar­la­rı­nın ço­xu­nun (N.Nə­ri­ma­nov, Ə.Qa­ra­yev, S.M.Əfən­di­­yev, R.Axun­dov və b.) be­lə ra­sio­nal, ya da qey­ri-ra­sio­nal bü­tün var­lıq­la­rı ilə mark­sizm-le­ni­niz­mə bağ­lı ol­ma­la­rı­na bax­ma­­ya­raq rep­res­si­­ya olun­ma­­la­rı­nın əsas sə­bə­bi dün­ya­gö­rüş­cə ya­rım­çıq sovetləşib-rus­la­şıb, di­gər an­­lam­­la da ya­rım­çıq türk­lük şüu­run­da qal­ma­la­rı idi. So­vet-Rus ideo­loq­­la­rı üçün türk­lük şüu­run­dan, Türk dün­ya­gö­rü­şün­dən ta­ma­mi­lə uzaq­laş­ma­yan­lar­la sovetləşdirmə, rus­laş­­dır­ma si­ya­sə­ti­ni hə­ya­ta ke­çir­mək qü­sur­lu idi və bu­nun üçün də türk­süz “Azər­bay­can”nın bə­ya­nın­dan son­ra ye­ni, acı­ma­sız bir mər­hə­lə baş­la­mış­dır.

Bu mə­sə­lə ilə bağ­lı, hə­lə, 2014-cü il­də nəşr olun­muş “Mil­li ideo­lo­gi­ya prob­­le­­mi­­nə ta­ri­xi-fəl­sə­fi ba­xış (II his­sə)” ki­ta­bı­mız­da da bə­zi ay­dın­laş­dır­ma­lar apar­mış­dıq: “1940-1950-ci il­lər­də hər han­sı bir Azər­bay­can Türk mü­tə­­fək­­ki­ri­nin mil­li­li­yə aza­cıq me­yil­li­li­yi be­lə Mər­kəz­çi­li­yə qar­şı çı­xış ki­mi qiy­mət­lən­di­ri­lir­di. Bu dövr­də mil­li mə­də­niy­yət və din­lə bağ­lı irə­li sü­rü­lən əsas mü­la­hi­zə­lər­də zər­düş­ti­lik Azər­bay­can­da fəl­sə­fi fik­rin rü­şey­mi ki­mi gös­tə­ril­di­yi hal­da, “Ki­ta­bi-Də­də Qor­qud”a ta­ri­xi, fəl­sə­fi və el­mi ədə­biy­yat ki­mi la­zı­mi qiy­mə­ti ve­ril­mir, üs­tə­lik feo­da­liz­min qa­lı­ğı ki­mi tən­qid olu­nur­du. Bu­na sə­bəb də, “Ki­ta­bi-Də­də Qor­qud”un “Aves­ta”dan fərq­li ola­raq, bir­mə­na­lı şə­kil­də Türk mə­də­ni ir­si­nə aid ol­ma­sı idi. Bu ba­xım­dan zi­ya­lı­la­rın ək­sə­riy­yə­ti mil­li mə­də­niy­yə­tə və ədə­biy­ya­ta ya mü­ra­ci­ət et­mir, ya da yal­nız tən­qid yaz­maq­la məş­ğul olur­du­lar. Çox az say­lı mü­tə­fək­kir­lər isə öz­lə­rin­də cə­sa­rət ta­pa­raq mil­li mə­də­niy­yət və mil­li özü­nə­məx­sus­lu­ğu önə çə­kir­di­lər. Be­lə mü­tə­fək­kir­­lər­dən bi­ri olan aka­de­mik Hey­dər Hü­sey­no­vun ma­te­ria­list fi­lo­sof ol­ma­sı­na bax­ma­ya­raq, “Azər­bay­can­da XIX əsr ic­ti­mai və fəl­sə­fi fi­kir ta­ri­xin­dən” (1949) əsə­rin­də Şeyx Şa­mil hə­rə­ka­tı­nı müs­bət qiy­mət­lən­­dir­mə­si, elə­cə də çar Ru­si­ya­sı­nı bir qay­da ola­raq, iş­ğal­çı ki­mi qə­ləm ver­mə­si son nə­ti­cə­də onun tə­qib­lə­rə və təz­yiq­lə­rə mə­ruz qal­ma­sı­na sə­bəb ol­muş­dur.[2] Bun­dan “nə­ti­cə” çı­xar­dan di­gər Azər­bay­can fi­lo­sof­la­rı (M.Qa­sı­mov, M.Ağa­mir­­ov, F.Q.Kö­çər­li və b.) və ədə­biy­yat­çı­la­rı (M.Rə­­fi­li, Ə.Na­zim. və b.) əsər­lə­rin­də is­lam­çı­lı­ğı və türk­çü­lü­yü tən­qid et­mək­lə ya­na­şı, “bö­yük qar­­daş­­ın” – rus­la­rın Çar Ru­si­ya­sı­nın və So­vet Ru­si­ya­sı­nın tim­sa­lın­da Azər­­bay­ca­nı iş­ğal et­mə­si­nə haqq qa­zan­dı­rır, bir çox Azər­bay­can Türk mü­tə­fək­kir­lə­ri­nin rus ic­ti­mai fik­rin­dən il­ham al­dı­ğı­nı ya­zır­dı­lar”.[3]

Bü­tün bun­la­rın nə­ti­cə­si ola­raq 1966-cı il­də nəşr olu­nan “Azər­bay­can fəl­sə­fə­si­nin ta­­ri­­xi­nə da­ir oçerk­lər” ki­ta­bın­da da id­dia olu­nur­du ki, Azər­bay­­can xal­qı­nın əc­dad­la­rı soy­kök­cə Türk ol­ma­yan mi­di­ya­lı­lar, al­ban­lar, kas­pi­lər olub­lar. Xü­su­si­lə, bu­ra­da mi­di­ya­lı­lar Azər­bay­­can xal­qı­nın əsas əc­da­dı ki­mi gös­tə­ri­lir və bu priz­ma­dan çı­xış edən mü­əl­lif­lə­rə gö­rə Azər­bay­can xal­qı­nın qə­dim dövr­də və er­kən or­ta əsr­­lər­də di­ni-mə­nə­vi dün­ya­gö­rü­şü­nün öy­rə­nil­mə­sin­də Azər­bay­­can­dan olan “mi­di­­ya­­lı” Zər­düş­tün adı ilə bağ­lı zər­düş­ti­lik və onun mü­qəd­dəs ki­ta­bı “Aves­ta” mü­hüm yer tut­muş­dur.[4] Bu ki­ta­bın mü­əl­lif­lə­ri­nə gö­rə ilk or­ta əsr­lər­də mey­da­na çıx­mış ma­ni­lik­lə məz­də­kiz­min ba­ni­lə­ri, yəni uyğun olaraq Mani və Məzdək də mən­şə­cə “iran­lı” ol­muş­lar. Be­lə ki, gu­ya Ma­ni­nin ana­sı “İran” mən­şə­li ar­şa­ki­lər sü­la­lə­sin­dən, Məz­­də­­kin ata­sı isə su­ri­ya­lı Bəm­dad ol­muş­dur.[5]

Bü­tün bun­lar­da əsas məq­səd türk­süz­ləş­dir­mə si­ya­sə­ti çər­çi­və­sin­də et­nik mən­şə­cə iran­dil­li mi­di­ya­lı, ya da qaf­qaz­dil­li al­ban, an­caq danış­dı­ğı di­lə gö­rə türk­dil­li elan edil­miş “Azər­bay­can xal­qı”nın bu­na uy­ğun ola­raq ta­rix, fəl­sə­fə ta­ri­xi, ədə­biy­yat ta­ri­xi, dil­çi­lik ta­ri­xi, mə­də­niy­yət ta­ri­xi­ni or­ta­ya qoy­maq idi. Üs­tə­lik, hə­min “Azər­bay­can xalqı”nın bir mil­lət ki­mi for­ma­laş­ma­sı­­nın XIX əs­rin ikin­ci ya­rı­sı­na aid edil­mə­si də tə­sa­dü­fi ol­ma­mış­dı. Hər hal­da Qu­zey Azər­bay­can türk­lə­ri­nin var­lı­ğı­nın bü­tün va­si­tə­lər­lə in­ka­rı fo­nun­da, gu­ya türk­lə­rin bu­ra­ya “gəl­mə” ol­ma­sı, üs­tə­lik “gəl­mə” türk­lə­rin dün­ya­gö­rüş­cə vəh­şi, bar­bar olub “mə­də­ni”, “yer­li” qaf­qaz­dil­li, iran­dil­li xalq­la­rı türk­ləş­­dir­mə­si mü­la­hi­zə­lə­ri məhz türk­süz “Azər­bay­can mil­lə­ti”nin for­ma­laş­ma­sı­na he­sab­lan­mış­dı. Bu cür əsas­sız, uy­dur­ma mü­la­hi­zə­­lər­lə, yə­ni Azər­bay­can xal­qı­nın Türk ol­ma­ma­sı­nı, sa­də­cə, zor­la türk­ləş­di­ri­lib ha­zır­da Türk dil­lə­rin­dən bi­rin­də da­nış­ma­sı­nı, bu xal­qın da­im im­pe­ri­ya­ların iş­ğa­lı al­tın­da ol­ma­sı­nı təb­liğ et­mək­lə ya­na­şı, yal­nız XVIII əsr­dən eti­ba­rən əv­vəl­cə xan­lıq­lar, da­ha son­ra da Çar­lı­ğın iş­ğa­lı döv­rün­də Av­ro­pa mil­lət­çi­li­yi­nin tə­si­ri ilə mil­lət ki­mi for­ma­laş­ma­sı­nı əsas­lan­dır­ma­ğa ça­lış­­mış­lar.

Bu uy­dur­ma Avropa-Sovet ta­rix­çi­liyinə gö­rə Or­ta çağ­da zor­la türk­ləş­di­ril­­miş, et­nik mən­şə­cə iran­dil­li və qaf­qaz­dil­li ol­muş Azər­bay­can xal­qı­na mü­na­si­bət­də Türk döv­lət­lə­ri (Səl­çuq­lar, Baharlılar, Bayandırlılar, Əf­şar­lar, mü­əy­yən qə­dər də Sə­fə­vi­lər və b.), xü­su­si­lə də Os­man­lı­lar, Əf­şar­lar, Qa­car­lar hər za­man yad, düş­mən və im­pe­ria­list möv­qe tut­muş­­lar. Gu­ya, Çarlıq Ru­si­ya­sı da məhz bu im­pe­ria­list Türk döv­lət­lə­ri, xü­su­si­lə də Qa­car­­lar­la mü­ha­ri­bə­lər nə­ti­cə­sin­də Gü­ney Qaf­qa­zı, o cüm­lə­dən Qu­zey Azər­­bay­ca­nı iş­ğal et­mək­lə Azər­bay­can xal­qı­nı “İran” və Os­man­lı zül­mün­dən xi­las et­miş­dir. Bu ba­xım­dan Çar­lıq ideo­loq­la­rı yu­xa­rı­da da yazdığımız ki­mi, im­pe­ri­ya si­ya­sə­ti­ni pər­də­lə­mək üçün Qu­zey Azər­bay­can xal­qı­nı et­nik mən­şə­cə türk­lər­dən ayı­rıb türk­dil­li elan edir və hə­min türk­dil­li xal­qın da əs­lin­də qaf­qaz­dil­li ya da iran­dil­li olub, vax­ti­lə Səl­cuq türk­lə­ri tə­rə­fin­dən zor­la türk­ləş­di­yi­ni təb­liğ edir­di­lər.

Be­lə­lik­lə, yal­nız 1960-cı il­lər­də nəşr olu­nan “Azər­bay­can ta­ri­xi” üç cil­di­li­yin­də de­yil, ey­ni za­ma­na­da “Azər­bay­can ədə­biy­yat ta­ri­xi”, “Azər­bay­can fəl­sə­fə­si ta­ri­xi” ki­tab­la­rın­da da an­ti­türk təb­li­ğa­tı apa­rıl­mış, Qu­zey Azər­bay­can xal­qı­nın Türk döv­lət­lə­ri­nin (Sə­fə­vi­lər, Əş­ra­lar, Qa­car­lar) söz­də “müs­təm­lə­kə­çi”li­yin­dən qur­tu­lub əv­vəl­cə xan­lıq­la­ra par­ça­lan­­ma­sı­nı və da­ha son­ra da çar Ru­si­ya­sı tə­rə­fin­dən iş­ğal olun­ma­sı­nı fa­ciə de­yil, mü­tə­rəq­qi, tərəqqipərvər ha­di­sə ki­mi əsalandırmağa, izah etməyə ça­lış­mış­lar. Əsil hə­qi­qə­ti isə on­dan iba­rət­dir ki, qu­zey­li-gü­ney­li Azər­bay­can xal­qı nə­in­ki hə­min Türk döv­lət­lə­ri­nin müs­təm­lə­kə­si olub, tam ək­si­nə sö­zü­ke­çən Türk döv­lət­lə­ri­nin öz­bə­öz qu­ru­cu­la­rı­ idi. O za­man müm­kün de­yil ki, hə­min döv­lət­lə­rin qu­ru­cu­su və əsas nü­və­si olan Azər­bay­can türk­lə­ri özü özü­nün müs­təm­lə­kə­çi­si ol­sun! Şüb­hə­siz, bu Sovet-Rus im­pe­ri­ya tə­fək­kü­rü­nün məh­su­lu olub, Qu­zey Azər­­bay­can xal­qı­nı müm­kün ol­du­ğu qə­dər öz Türk kö­kün­dən, Türk dün­ya­gö­rü­şün­dən uzaq tut­maq və rus­pə­rəst, rus­dil­li for­ma­ya sal­ma­ğa xid­mət et­miş­dir.

So­vet-Rus ideo­loq­la­rı bu işi hə­ya­ta ke­çir­mək üçün də, son iki əsr­də da­ha çox Qu­zey Azər­bay­can xal­qı­nın öz için­dən an­ti­türk ruh­lu mə­mur­lar, alim­lər, mü­əl­lim­lər tə­bə­qə­si for­ma­laş­dır­ma­ğa ça­lış­mış və xey­li də­rə­cə­də də bu mə­sə­lə­də iş­lər gör­müş­lər. Xü­su­si­lə də, XX əs­rin ikin­ci ya­rı­sın­da bu pro­ses bü­tün sa­hə­lər­də, o cüm­lə­dən də ta­rix, fəl­sə­fə ta­ri­xi, dil­çi­lik ta­ri­xi, ədə­biy­yat ta­ri­xi, mə­də­niy­yət ta­ri­xi, si­ya­sət ta­ri­xi sa­hə­lə­rin­də apa­rıl­mış­dır. Bun­dan fəl­sə­fə­çi­lər, filosoflar, fəl­sə­fə ta­rix­çi­lə­ri də kə­nar­da qa­la bil­məz­di­lər ki, bu ba­xım­dan on­lar yal­nız “Azər­bay­can fəl­sə­fə­si­nin ta­­ri­­xi­nə da­ir oçerk­lər” ki­ta­bın­da de­yil, bu sa­hə­yə aid di­gər yüz­lər­lə mo­noq­ra­fi­ya və ki­tab­la­rın­da da ey­ni an­ti­türk, an­ti­is­lam ide­ya­la­rı fo­nun­da fəl­sə­fə­çi­­lik­lə, fəl­sə­fə ta­rix­çi­li­yi ilə məş­ğul ol­muş­lar. Be­lə ki, mark­sist-le­nin­çi fəl­sə­fə­çi­lər Azər­bay­can Türk xal­qı­nın mü­tə­fək­kir­lə­ri­ni bir tə­rəf­dən müm­kün ol­du­ğu qə­dər Türk kim­li­yin­dən, Türk fəl­sə­fə­sin­dən, Türkçülük şüurundan uzaq tut­ma­ğa, di­gər tə­rəf­dən isə on­la­rın dün­ya­gör­şün­də ma­te­ria­list ele­ment­lər tap­ma­ğa ça­lış­mış­lar.

[1] Ələkbərli F.Q. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).

I hissə. Bakı, “Elm və təhsil”, 2018, s.41-42

[2] Hüseynov Heydər. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, “Şərq-Qərb”, 2007, s.107

[3] Ələkbərov F.Q. Milli ideologiya prob­le­mi­nə tarixi-fəlsəfi baxış (II hissə). Bakı, Elm və təhsil, 2014, s.188-189

[4]Очерк по истории Азербайджанской философии.I том. Баку, Изд-во Ан АзССР,1966, s.20

[5] Yenə orada, s.31-35


MANŞET XƏBƏRLƏRİ