76 yaşlı Netanyahu xərçəngdən sağaldı


İsrailin Baş naziri Binyamin Netanyahu erkən mərhələdə prostat xərçəngi müalicəsini uğurla başa vurduğunu açıqladı.

Turkustan.az xəbər verir ki, 76 yaşlı Netanyahu illik sağlamlıq hesabatının dərc olunmasından sonra sosial mediada verdiyi açıqlamada adi müayinə zamanı erkən mərhələdə bədxassəli şiş aşkarlandığını bildirib.

Bildirilib ki, problem hədəflənmiş terapiya sayəsində aradan qaldırılıb və heç bir iz qalmayıb.

Netanyahunun səhhətinin yaxşı olduğu bildirilən tibbi arayışa görə, o, erkən mərhələdə prostat xərçəngi üçün şüa terapiyası alıb. Nə tibbi arayışda, nə də Netanyahunun açıqlamasında müalicənin nə vaxt aparıldığı göstərilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ