Almaniya: İrana təzyiqi artırmalıyıq!


Almaniya kansleri Fridrix Merz bildirib ki, İran vaxt qazanmağa çalışır və buna görə də ona təzyiq artırılmalıdır.

Turkustan.az xəbər verir ki, Merz İranı ABŞ ilə danışıqları bərpa etməyə çağırıb.

Cənubi Kiprdə keçirilən qeyri-rəsmi Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsindən sonra təşkil olunan mətbuat konfransında çıxış edən Merz bildirib ki, sammitdə Ukraynaya dəstək, Yaxın Şərqdəki vəziyyət və Aİ büdcəsi müzakirə olunub.

Merz qeyd edib ki, hərtərəfli razılaşma əldə olunacağı təqdirdə İrana qarşı sanksiyaların tədricən yumşaldılmasına hazırdırlar. O əlavə edib ki, bunun üçün Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı sürətli və aydın razılaşma əldə olunmalı, İranın nüvə proqramına qəti şəkildə son qoyulmalı və İsrailə qarşı gələcək təhdidlər dayandırılmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ