İsrail Müdafiə Qüvvələri (İMQ) bildirib ki, dünən gecə Hizbullahın şimal sərhədində yerləşən Ştula yaşayış məntəqəsinə raket atəşinə cavab olaraq İsrail ordusu qrupun Livandakı obyektlərinə zərbələr endirib.
Turkustan.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” hesabında məlumat yayıb.
Paylaşımda qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri Ştula istiqamətində bir neçə raket atan buraxılış qurğusunu məhv edib. Eyni zamanda, yüklənmiş və atəşə hazır vəziyyətdə olan daha bir buraxılış qurğusunun da sıradan çıxarıldığı bildirilib.
Ordudan verilən açıqlamada həmin buraxılış qurğularının İsrail hərbçiləri və ölkə üçün təhlükə yaratdığı vurğulanıb.
Qeyd edilir ki, zərbələr Livanın cənubundakı Herbet Salem və Tulin şəhərlərində yerləşən obyektlərə endirilib.
Aytən Yaşar/ Turkustan.az