Çubarov: Ərdoğan Putinlə effektiv ünsiyyət qura bilər


Türkiyə sülh danışıqlarında vasitəçilik təcrübəsinə malikdir və Rusiya rəhbərliyi ilə dialoq apara bilən prezident Rəcəb Tayyib Ərdoğan həm münaqişələrin sülh yolu ilə həlli, həm də ukraynalı məhbusların azad edilməsi məsələsində Vladimir Putinlə effektiv danışıqlar aparan lider ola bilər.

Turkustan.az xəbər verir ki, bunu Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov Antalya Diplomatik Forumunda iştirakından və Türkiyəyə səfərinin gərgin proqramından sonra Ukrinform-a verdiyi açıqlamada bildirib.

“Dünya siyasətçiləri arasında Putinlə açıq və onun başa düşəcəyi dildə danışa bilən çox az adam var. Belə siyasətçilərdən biri, bəlkə də əsas fiqur Ərdoğandır. Buna görə də bütün həmsöhbətlərimizdən xahiş etdik ki, məlumatlarımızı Türkiyə prezidentinə çatdırsınlar”, – Çubarov qeyd edib.

Məclis rəhbəri həmçinin Türkiyənin sülh danışıqlarında potensial vasitəçi rolunu və bu sahədə mövcud təcrübəsini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ