Görkəmli tarixçi alim, professor, Azərbaycanın dostlarından biri İlber Ortaylının vəfatı ilə bağlı qardaş Türkiyədən gələn xəbər hamımızı üzdü.
Elm aləmində, ictimai həyatımızda İlber Ortaylı ilə ünsiyyət quran, mehriban münasibət saxlayan insanlar çox idi. Qürur duyuram ki, bu nüfuzlu alimlə dəfələrlə görüşmək, fikir mübadiləsi aparmaq mənə də nəsib olub. İlber hoca Bakıdakı ilk tanışlığımızı yaxşı xatırlayıram. Onu növbəti səfərində müşayiət edən Sahib Altay məni İlber bəyə təqdim etdi. İlber bəy Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyim iki kitabımdan xəbərdar olduğunu xüsusi vurğuladı, həmin kitablarım barədə müsbət fikirlərini bildirdi.
İstanbulda təşkil edilən ziyafətlərin birində dostum professor Vədat Çalışkanın ona verdiyi “Kardeş ülkələr” kitabım İlber hocaya təsir etmişdi. Kitabda 2011-ci ildə Ankara Universitetində görüşdüyüm görkəmli professor Xəlil İnalcık haqqında yazımı özünəməxsus gülüş və təbəssümlə qarşıladığını dedi.
İlbər Ortaylı ilə həmin ilk tanışlığımızdan sonra İstanbulda “Türk İzlerinin Avrupa Haritası” kitabıma ön söz yazması elmi tədqiqat işimə yüksək dəyər kimi qiymətləndirdim.
Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə ərmağan etdiyim kitab bu ilin fevralında İstanbulda işıq üzü gördü.
Ertəsi gün Azərbaycan Milli Elmlər Akademiyasının İsmayıliyyə binasında yubiley tədbirində təqdim olunması düşünürəm onun yaşadığı dövrdə sonuncu xatirələrindən biri oldu.
Türk dünyasının önəmli isimlərindən biri olan hocamız İlber Ortaylının həyatının itirməsi hamımızı sarsıtdı. Lakin o, bizlərə bir örnək olaraq daim xatirəmizdə yaşayacaq. Ömrünü tarix elminin inkişafına sərf edən, qiymətli araşdırmalar aparan bu görkəmli alim özü də tarixə çevrildi.
Çingiz Abdullayev
Professor.