Ermənistan sərhədlərinə görə məsuliyyəti tamamilə öz üzərinə götürməyə hazırdır
Ermənistan sərhədlərinin mühafizəsinə görə məsuliyyəti tamamilə öz üzərinə götürməyə hazırdır.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə Rusiya sərhədçilərinin ölkədən gələcəkdə çıxarılması məsələsindən danışarkən deyib.
Paşinyan Rusiya sərhədçilərinə indiyədək Ermənistanın sərhədlərində xidmət etdiklərinə görə təşəkkür edib:
“Hesab edirəm ki, qarşıdakı illərdə sərhədlərimizə görə məsuliyyəti tamamilə üzərimizə götürməyimizin vaxtı çatıb”./Bizim.Media