Liviyadan Türkiyəyə viza qərarı: Rüsumlar ləğv edildi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarla görüşündən sonra Liviyanın şərqindəki administrasiyadan Ankara ilə münasibətlərə dair diqqətçəkən açıqlama verilib.

Turkustan.az xəbər verir ki, Benqazi hökuməti Türkiyə vətəndaşları üçün viza və rüsum tələblərini ləğv etdiyini bəyan edib.

Ərdoğanın Ankarada Xəlifə Haftarla keçirdiyi görüşdən sonra Haftar ailəsi Türkiyə ilə münasibətlərdə yeni mərhələnin başladığını açıqlayıb. Bildirilib ki, Benqazi hökuməti Türkiyə vətəndaşları üçün viza və rüsum tələblərini aradan qaldırıb.

Liviyanın şərqindəki administrasiyanın bu qərarı Ərdoğan-Haftar görüşündən sonra Türkiyə ilə münasibətlərdə yaxınlaşmanın əlaməti kimi diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ