Dünya ŞOKDA: Kim Çen ordunu nüvə müharibəsinə hazır olmağa çağırdı


Şimali Koreya lideri Kim Çen In ölkənin taktiki nüvə silahlarının müxtəlif sahələrdə tətbiqinin genişləndirilməsinə çağırıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Çen In Nüvə Silahları İnstitutuna səfəri zamanı müəssisənin fəaliyyəti ilə tanış olub.

İnstitutda çalışan mütəxəssislərlə görüşən Kim bildirib ki, ölkə nüvə arsenalını gücləndirmək və təkmilləşdirmək məqsədilə istehsal potensialını sistemli şəkildə artırır.

O, bu sahədə istehsal sektorunun müxtəlif hərbi tapşırıqların icrası üçün nəzərdə tutulan taktiki nüvə silahlarının hazırlanmasına diqqət yetirməli olduğunu vurğulayıb. Kim Çen In, həmçinin taktiki nüvə silahlarının müxtəlif sahələrdə tətbiq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ