ABŞ Ermənistana girir, İran və Rusiya... - ABŞ mediası


TRİPP layihəsi həm Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişənin həllinə, həm də ABŞ-ın Qafqaz regionundakı təsirinin gücləndirilməsinə xidmət edir.

Turkustan.az xəbər verir ki, bu barədə “Vaşinqton Eksamayner” məlumat yayıb.

“TRİPP layihəsinin icrası bir müddət dayandırılsa da, nəhayət, bu həftə tikinti işlərinə başlanılıb. Layihə Azərbaycan, Türkiyə, Ermənistan və ABŞ üçün mühüm quru ticarət marşrutuna çevriləcək. Bu marşrut Türkiyənin İran və Rusiyadan yan keçməklə daha geniş türk dünyası ilə əlaqə qurmasına imkan verəcək.

ABŞ bu marşrutun ən maraqlı tərəflərindən birinə çevriləcək, əhəmiyyətli iqtisadi investisiyalar yatırmaqla yanaşı, Ermənistan və Azərbaycanla tərəfdaşlıq əlaqələrini də möhkəmləndirəcək. Ermənistan Rusiyanın tarixi müttəfiqidir və faktiki olaraq onun himayəsi altında fəaliyyət göstərib, ABŞ-la rəsmi münasibətləri isə minimum səviyyədə olub. TRİPP layihəsi və Trampın Ermənistan və Azərbaycana dair təşəbbüsləri ikitərəfli münasibətləri görünməmiş dərəcədə yüksək səviyyəyə çatdırıb, Rusiyanın “arxa bağçası” hesab olunan regionu ABŞ-la rəqabət zonasına çevirib”, - məlumatda bildirilib.

Nəşr onu da qeyd edib ki, tarixən Ermənistanla sıx əlaqələr saxlayan İran bu marşrutla bağlı getdikcə daha çox narazılığını ifadə edir. /axar.az/


MANŞET XƏBƏRLƏRİ