“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistana gedən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin sərhədi keçdiyi anın yeni görüntüləri yayılıb.
Turkustan.az Ermənistan mediasına istinadən xəbər verir ki, videoda nümayəndə heyətinin delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməsi və Ermənistan tərəfinin nümayəndələri ilə görüşməsi əks olunub.
Azərbaycan nümayəndə heyəti Ermənistanda noyabrın 26–27-də keçirilən ikitərəfli dəyirmi masada iştirak edir./modern.az


