“Pasportumuzda niyə Azərbaycan yazılmalıdır?” – Ermənilər AYAĞA qalxdı, Simonyan DƏRS keçdi


Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Qarabağı könüllü tərk edənlər olub. Musavat.com-un xəbərinə görə, aksiyaçılar Təhlükəsizlik Şurasının katibi Alen Simonyana “Artsax Ermənistandır” deyəndə reaksiya verib.

Simonyan isə etirazçıya “Səni çox sevirəm, amma sən burada nə edirsən" ritorik sual verib. Yəni bunu deyən erməni qondarma "artsax" adlandırdığı yerdə olmalı idi. Simonyan Qarabağdan köçən ermənilərin pasportunda doğum yeri olaraq Azərbaycan göstərilməsinə belə aydınlıq gətirib: "Bəs onlar harada anadan olublar? Doğulduqları vaxt Artsax bir ölkə idimi?"

Դուք դավաճանել եք Արցախը, դրա համար ենք այստեղ

Simonyan deyib ki, "Bəli, nə etməliyik? Mən də Rusiyada yaşamışam və Fransada yaşamışam. Bu, öz istəyimlə deyil. Bəs bu insanlar Azərbaycanda doğulublarsa, nə yazılmalıdır? Hansı ölkənin pasportunda belə yazılmayıb? Nə yazılmalıdır, əgər orada doğulublarsa, nə yazılmalıdır?"

Aksiyada iştirak edən "Artsaxın dirçəlişi" adlı uydurma QHT-nin prezidenti Anastas İsraelyan yeni biometrik pasportlarda doğum yerinin Azərbaycan göstərilməsini tənqid edib.

Onun sərsəm iddiasına görə, "artsax" sakini Azərbaycanda doğulmayıb. Belə bir cəfəng fikir səsləndirən erməni separatçı heç bir məntiqli arqument irəli sürə bilməyib. Çünki "artsax" adlı nə inzibati ərazi vahidi var, nə belə bir müstəqil subyekt beynəlxalq hüquqda tanınır.

Bu mifik toponim separatçıların özündən uydurduğu və keçmiş Dağlıq Qarabağın ərazilərinə verilən addır. Yəni onlar Qarabağın yuxarı hissəsini Azərbaycan ərazisi hesab etmirlər. Bəs həmin ərazilər beynəlxalq hüquqla hansı dövlətin suveren torpaqlarıdır? Göründüyü kimi, kifayət qədər bəsit və absurd fikirlər irəli sürülür.

Пашиняну придется искать замену главе МВД Арпине Саркисян: СМИ узнали  причину - 02.04.2025, Sputnik Армения

Qeyd edək ki, Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub. Qarabağı öz xoşu ilə tərk edən ermənilərin vətəndaşlıq pasportunda doğum yeri Azərbaycan və ya Azərbaycan SSR göstərilir. Pasportda yaşayış yeri əvəzinə beynəlxalq ISO 3166 standartına uyğun olaraq yalnız ölkənin adı yaradılır. Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti bunu yalnız beynəlxalq aviasiya və sərhəd standartlarına uyğunluq üçün texniki bir addım kimi təqdim edib.

Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan vurğulayıb ki, Qarabağdan köçəndən sonra Ermənistan vətəndaşlığı almış ermənilərin yeni biometrik pasportlarında "doğum yeri" qrafasında "Azərbaycan" sözünün yazılması məntiqlidir və bu, heç bir halda qanunsuz sayıla bilməz. Əksinə, Ermənistanda vətəndaşlıq almış həmin şəxslərin pasportlarında onların "doğulduğu yer" qrafasında "Azərbaycan" deyil, faktiki doğulduğu şəhər, rayon və ya kəndin adı yazılarsa, bu, pasport sahibinin xarici ölkələrə səfərlərində çox ciddi problemlər yaradar. Çünki Qarabağdan köçən ermənilərin bir qisminin doğum yeri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir.

Nazir onu da qeyd edib ki, Qarabağ ermənilərinin istifadə etdikləri toponimlər, yəni Xankəndi əvəzinə "Stepanakert", Ağdərə əvəzinə "Mardakert" kimi şəhər və rayon adlar beynəlxalq səviyyədə qəbul edilmir. ICAO-nun beynəlxalq standartlara uğun şəkildə müəyyən etdiyi qaydalardan kənara çıxaraq Qarabağdan köçən ermənilərin pasportlarında yaşayış məntəqələrinin adları daxil edilsəydi, həmin qrafada müvafiq olaraq, Xankəndi, Ağdərə, Xocalı və digər Azərbaycan adları göstəriləcəkdi. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ