ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Ukraynanın NATO-ya daxil olub-olmayacağına dair suala birbaşa cavab verməyib.
Turkustan.az xəbər verir ki, “CBS News”-un məlumatına görə, Harris Ukraynanın NATO üzvlüyü perspektivinə dair sualdan yayınıb: “Bunların hamısı, biz nə vaxtsa bu nöqtəyə çatsaq, həll edəcəyimiz məsələlərdir. Biz hələlik Ukraynanın özünü Rusiyanın təcavüzündən qorumaq qabiliyyətini dəstəkləyirik”.
O, həmçinin deyib ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaq üçün Vladimir Putinlə ikitərəfli görüş keçirməyəcək: "Ukraynanın gələcəyi ilə bağlı Ukrayna özü söz sahibidir. Ukraynanın iştirakı və BMT nizamnaməsi olmadan bu müharibəni bitirməkdə uğur yoxdur". /AzPolitika.info/