“Ermənistan salamat qalmaq istəyirsə, şərt budur” - Paşinyan


Ermənistan xalqı bizim hökumətin real Ermənistan konsepsiyasını dəstəkləyir.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir qeyd edib ki, şərti olaraq Ermənistanla bağlı iki baxış var: tarixi və real:

“Əgər tarixi Ermənistan (ərazi iddiaları – red.) konsepsiyası Ermənistanın daha böyük ərazisi olan dövlət olması üçün alət, forpost və dayaq nöqtəsi olmasıdırsa, real Ermənistan anlayışı azadlıq, ədalət və təhlükəsizliyin daxil olduğu, öz vətəndaşlarının rifahını təmin edən Ermənistan anlamına gəlir.

Reallığı dərk edən Ermənistan hökuməti belə hesab edir ki, Ermənistan Respublikasının təhlükəsizliyini təmin edəcək anlayış real Ermənistanın baxışıdır. Bunun əksi o deməkdir ki, biz Ermənistan Respublikasını tarixi dövrəyə salırıq, bunun nəticəsi qaçılmaz olaraq Ermənistan Respublikasının dövlətçiliyinin itirilməsidir.

Buna görə də mesajım ondan ibarətdir ki, Ermənistan hökuməti real Ermənistan konsepsiyasını qəbul edib, bunu oyun və hiylə kimi qəbul etməyib, əksinə Ermənistanın varlığının davam etdirilməsi üçün zəruri ilkin şərt kimi qəbul edib. Ermənistan xalqı bu baxışı dəstəkləyir”.

Nikol Paşinyan “real Ermənistan” dedikdə mövcud Ermənistanı, “tarixi Ermənistan” dedikdə isə ermənilərin qonşu ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutur. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ