Almaniyanın öz vətəndaşlarını Yaxın Şərqdən təxliyə etmək planı üzə çıxdı


Almaniyanın son vaxtlar gərginliyin yüksək olduğu Yaxın Şərqdə vətəndaşlarının təxliyyəsi üçün hazırlıq gördüyü iddia edilib.

Alman Silahlı Qüvvələrinin (Bundesver) Yaxın Şərqdə almanların təxliyyəsi üçün hazırlıq gördüyü iddia edilib.

Turkustan.az xəbər verir ki, Almaniya Silahlı Qüvvələri Yaxın Şərqdəki vətəndaşları üçün genişmiqyaslı təxliyə əməliyyatına hazırlaşır.

Alman ordusu A400M tipli hərbi yük təyyarəsi parkını və ekipajını bölgədə 2 mindən çox olduğu təxmin edilən vətəndaşları üçün bir neçə gündür mümkün təxliyə üçün hazır vəziyyətdə saxlayır.

Ordunun planına ilk növbədə Livandakı alman vətəndaşlarının təxliyyəsi daxildir.

Xəbərdə həmçinin bildirilir ki, Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarından Livanı tərk etmələrini istəsə də, bu xəbərdarlığa yalnız az sayda vətəndaş qulaq asıb.

İsrailin Livanın paytaxtı Beyrutda Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükürə hava zərbəsi endirməsi və HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bölgədə gərginlik artıb.

Haniyənin öldürülməsinə görə İsraili məsuliyyət daşıyan İran və Livan Hizbullahından Tel-Əvivə qarşı qisas təhdidləri var idi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ