BCM-nin həbs tələbi Netanyahunun ABŞ səfərini təxirə saldı


Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın ona qarşı həbs qərarı verilməsi üçün müraciət etməsi səbəbindən Netanyahu ABŞ-a uçuşu zamanı Çexiya və Macarıstana səfər planını dəyişib.

Turkustan.az xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş Prokuroru Kərim Xan may ayında İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta qarşı “insanlığa qarşı cinayət törətdikləri və müharibə cinayətkarı olduqları” əsası ilə həbs qərarı verilməsi üçün müraciət etmişdi. Beynəlxalq Cinayət Məhkəməsinin tələbi İsrailin baş naziri Benyamin Netanyahunun iyulun 24-də Konqresdəki çıxışı üçün ABŞ-a səfərinin marşrutunu dəyişdirib.

ABŞ-a uçuşu zamanı Çexiya və Macarıstanda dayanmağı planlaşdıran Netanyahu ICC-nin tələbi ilə Macarıstan və Çexiyada dayanmaq əvəzinə birbaşa ABŞ-a uçmağı planlaşdırıb. Netanyahu Çexiya və Macarıstanda dayanmaq əvəzinə birbaşa Vaşinqtona gedəcək.

BCM sorğunu qəbul edərsə, Çexiya və Macarıstan qərarı icra etməlidir. Hər iki ölkə əvvəlki bəyanatlarında BCM-nin tələbinin “qəbuledilməz” olduğunu iddia edir. Macarıstan Prezident Aparatının rəhbəri Gergely Gulyas bəyanatında Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Əhməd Xanın Netanyahu üçün həbs orderi tələbinin qəbuledilməz olduğunu və Macarıstanın bu qərarı icra etməyəcəyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ