ABŞ təyyarədaşıyan gəmisi Cənubi Koreya sularına daxil oldu


ABŞ-ın nüvə enerjisi ilə işləyən Teodor Ruzvelt (CVN 71) təyyarədaşıyan gəmisi hərbi təlim üçün Cənubi Koreyaya gəlib. Üçtərəfli təlimdə ABŞ və Cənubi Koreya ilə yanaşı Yaponiya da iştirak edir.

Turkustan.az xəbər verir ki, Cənubi Koreya donanmasının verdiyi açıqlamada ABŞ-ın nüvə enerjili təyyarədaşıyan gəmisi Teodor Ruzveltin birgə hərbi təlimlərdə iştirak etmək üçün Cənubi Koreyanın liman şəhəri Busan şəhərinə gəldiyi bildirilib.

Təyyarədaşıyan gəminin idarə olunan raket daşıyan USS Halsey və USS Daniel Inouye döyüş gəmisi ilə birlikdə dəniz bazasına daxil olduğu bildirilib.

Şimali Koreya təhlükəsinə qarşı təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması məqsədilə ABŞ , Cənubi Koreya və Yaponiya ordularının həyata keçirəcəyi birgə hərbi təlim hava, dəniz, sualtı və kiber daxil olmaqla müxtəlif sahələrdə keçiriləcək.

Digər tərəfdən, ayın əvvəlində Şanqri-La Dialoq təhlükəsizlik sammiti çərçivəsində keçirilən üçtərəfli danışıqlar zamanı üç ölkənin müdafiə nazirləri birgə təlimlərə başlamaq qərarına gəliblər.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ