Öldüyü düşünülən israilli komandir əsir götürüldü


HƏMAS 7 oktyabr 2023-cü ildə Qəzza sərhədinə bitişik yəhudi yaşayış məntəqələrinə hücum zamanı İsrail ordusunun Cənub Briqadasının Qəzza Diviziyasının komandiri polkovnik Asəf Hamaminin yaralanaraq əsir götürüldüyünü bildirib.

Turkustan.az xəbər verir ki, HƏMAS-ın Telegram platformasında yayımladığı videoda Həmaminin oktyabrın 7-də əsir götürüldüyü və ələ keçirilərkən yaralandığı bildirilib.

"İndi onun (Hamaminin) taleyi necədir?" Sualın verildiyi videoda İsrail rəhbərliyinin əsgərlərini əsirlikdə qoyduğu qeyd edilir.

“Vaxt gedir, hökumətiniz yalan danışır”. İfadənin işlədildiyi videoda Hamaminin ölü və ya sağ olması ilə bağlı heç bir məlumat yoxdur.

İsrail ordusu 2 dekabr 2023-cü il tarixli bəyanatında Cənub Briqadasının Qəzza diviziyasının komandiri polkovnik Asəf Hamaminin oktyabrın 7-də öldürüldüyünü və cəsədinin HƏMAS-ın əlində olduğunu açıqlayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ