Putin generalı həbs etdi: Ordu haqqında dediyi söz sonunu gətirdi


Rusiyanın Ukraynanı işğalında hərbi uğursuzluqları tənqid edən və ötən ilin iyulunda vəzifəsindən uzaqlaşdırılan general-mayor İvan Popov “külli miqdarda dələduzluq” ittihamı ilə hərbi məhkəmə tərəfindən həbs edilib.

Turkustan.az xəbər verir ki, Tass və Ria Novosti agentliklərinin xəbərlərinə görə, Popov istintaq çərçivəsində “profilaktik tədbir” olaraq 2 ay müddətinə həbs olunacaq. Rusiya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib. 49 yaşlı keçmiş rus komandiri Ukraynanın cənubundakı Zaporojya vilayətində döyüşən 58-ci ordunun komandiri olub. Telegram-da paylaşılan və keçmiş general-mayor Popova aid olduğu bildirilən səsli mesajda o, Ukraynadakı əməliyyatda “yüksək itki nisbəti” və “artilleriya dəstəyinin olmaması” ilə bağlı suallar verib.

Popov səs yazısında “Ya susub qorxaq olmaq, ya da vəziyyəti olduğu kimi danışmaq lazım idi. "Mən qorxaq kimi susmadım, Ukrayna müharibəsi ilə bağlı həqiqəti söylədim" deyən o, əlavə edib: "Sizin adınızdan, həyatını itirən yoldaşlarımın adından yalan danışmağa haqqım yox idi. Ona görə də mən bütün mövcud problemləri ümumiləşdirdi”.

Popov deyib ki, onun işdən çıxarılmasını vətənə xəyanətdə ittiham etdiyi yüksək rütbəli komandirlər tələb edib və Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu təsdiqləyib. 12 il müdafiə naziri vəzifəsində çalışan Şoyqu mayın ortalarında Rusiya prezidenti Vladimir Putin tərəfindən vəzifəsindən azad edilib.

5-ci səlahiyyət müddətinə başlayan Putin Şoyqunun yerinə baş nazirin müavini və iqtisadçı Andrey Belousovu Müdafiə Nazirliyinə təyin edib. Rusiyanın 2022-ci ildə başlayan Ukrayna işğalından sonra gözləri daha çox üzərində olan Şoyqunu keçən il müharibənin gedişi ilə bağlı xüsusilə rus muzdlu qruplaşması “Vaqner”in rəisi Yevgeni Priqojin ciddi tənqid etmişdi. Priqojin daha sonra avqust ayında təyyarə qəzasında həlak olub.

BBC-nin Rusiya redaktoru Stiv Rozenberqin sözlərinə görə, son vaxtlar mövqeləri zəifləyən və işdən çıxarıla biləcəyi ilə bağlı şayiələr dolaşan Şoyqunun işdən çıxarılması o qədər də sürpriz deyil . Rusiya 2022-ci ilin fevralında Ukraynaya davam edən işğalında istədiyi nəticəni əldə edə bilməyib və on minlərlə əsgərini itirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ