Keşiş Baqrat yeni mitinq elanı verdi


“Vətən adına Tavuş” revanşist hərəkatının rəhbəri keşiş Baqrat Qalstanyan mayın 26-da İrəvanın Respublika meydanında mitinq elanı verib.

Turkustan.az xəbər verir ki, o, bununla bağlı tərəfdarlarına müraciət ünvanlayıb.

Qeyd edək ki, keşiş Baqrat ötən gün Azərbaycanla sərhədə, delimitasiyanın aparıldığı Kirants kəndinə qayıdıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ