Dünyanın ilk süni intellektli gözəllik müsabiqəsi keçiriləcək


Dünyada ilk dəfə təşkil edilən süni zəkalı gözəllik yarışmasında 3 modelə cəmi 20 min dollarlıq mükafat paylanacaq. Süni intellektin yaratdığı onlarla qadın model “Miss AI” titulunu almaq üçün yarışacaq.

Turkustan.az xəbər verir ki, Süni intellekt həyatın bütün sahələrində görünməkdə davam edir. Bu dəfə süni intellektin yaratdığı personajlar öz gözəllikləri uğrunda yarışacaqlar. World Artificial Intelligence Creators Awards (WAICA) süni intellekt platforması Fanvue ilə əməkdaşlıq çərçivəsində dünyanın ilk süni intellekt gözəllik müsabiqəsini təşkil edir. Süni intellektin yaratdığı onlarla qadın model " Miss AI " titulunu almaq üçün yarışacaq .

Yarışma iştirakçıları öz gözəllikləri və təmkinliliyi ilə "Dünyanı daha yaxşı bir yerə çevirmək üçün bir xəyalınız olsaydı, bu nə olardı?" Bu kimi suallara verdikləri cavablarla yanaşı, texniki infrastrukturlarına və izləyicilərinin sayına görə də qiymətləndiriləcəklər. Yaradıcılarının qabiliyyətlərinə görə seçiləcək modellər qiymətləndirilərkən, süni intellekt vasitələrinin tətbiqi və əllər, gözlər, fonlar kimi vizual detallar xal qazanacaq. Müsabiqə iştirakçılarının sosial mediaya təsiri də yoxlanılacaq. Modellər, izləyiciləri ilə olan qarşılıqlı əlaqələrin sayı, auditoriya artım sürəti və sosial şəbəkə hesablarından istifadə üsulları ilə vurğulanacaq.

Müsabiqədə birinci olan süni intellekt modelinin yaradıcısı 5000 ABŞ dolları məbləğində pul mükafatı , 3000 ABŞ dolları dəyərində təlim proqramına giriş və 5000 dollardan çox dəyərində brendin təşviqi dəstəyi alacaq. İkinci yeri tutan iştirakçı 500 dollar dəyərində təlimə giriş əldə edəcək, Fanvue-dən 2000 dollarlıq promo paketi alacaq və 2000 dollar dəyərində brendin təşviqi dəstəyi qazanacaq. Üçüncü yerin qalibi 500 dollar dəyərində pulsuz məsləhət, Fanvue platformasında 500 dollarlıq promo-paket və min dollarlıq brendin təşviqi dəstəyi almaq hüququ qazanacaq.

Fanvue şirkətinin həmtəsisçisi Will Monanage verdiyi açıqlamada gözəllik yarışmasının süni intellekt Oskarı olmağı hədəflədiyini söyləyib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ