İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich İrana qarşı "qeyri-mütənasib hücuma" çağırıb.
Turkustan.az xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich İrana " qeyri-mütənasib hücuma" çağırıb .
Smotriç İsraildə qatıldığı radio proqramında İranla yaşanan gərginliklə bağlı qiymətləndirmələr edib.
İranın keçən həftə İsrailə hücumuna cavab verilməli olduğunu müdafiə edən Smotrich, bunun "zorakı, sərt və qeyri-mütənasib xərc " cavabı olduğunu söyləyib.
Smotrich, "İsrailin Yaxın Şərqdəki mövqeyini formalaşdırmaq üçün qisas alınmasının zəruri olduğunu" müdafiə edərək, "Bu, Yaxın Şərqdə danışılan dildir" dedi.
Eltac Zülfüqaroğlu/Turkustan.az