Peskov: "Almaniyanın Rusiyaya hücum planı çox aydındır"


Kremlin sözçüsü Dmitri Peskov Almaniya ordusunun zabitlərinin Krım körpüsünün dağıdılması ilə bağlı danışıqlarının Rusiyaya hücum planlarının konkret olaraq müzakirə edildiyini göstərdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Almaniya ordusunun zabitlərinin Krım körpüsünün dağıdılması ilə bağlı danışıqlarının Rusiyaya hücum planlarının konkret olaraq müzakirə edildiyini göstərdiyini iddia edib.

Peskov, alman zabitləri arasında "Taurus" raketlərinin Ukraynaya dəstək olaraq Krım körpüsünü dağıda bilməyəcəyinə dair danışıqların səs yazısının sızması ilə bağlı qiymətləndirmələr edib.

Almaniya kansleri Olaf Şoltsun bu məsələ ilə bağlı sürətli, tam və təsirli bir yoxlama olacağını dediyini xatırladan Peskov bunun necə olacağını media vasitəsilə görəcəklərini bildirib.

Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorfun alman zabitləri arasındakı söhbətin məzmunu ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığını bildirən Peskov, “ Özlüyündə (zabitlərin çıxışı) Rusiya ərazisinə hücum planlarının fundamental və əsaslı şəkildə müzakirə edildiyini göstərir. Krım körpüsünə hücumun əslində haradan danışıldığının vacib olduğuna diqqət çəkən Peskov sözlərini belə davam etdirdi:

"Burada, əlbəttə ki, bundesverin bunu öz təşəbbüsü ilə edib-etmədiyini öyrənməliyik. O zaman sual Bundesverin nə dərəcədə idarə oluna biləcəyi və Şoltsun bütün bunlara nə qədər nəzarət etdiyi və ya bunun Almaniyanın dövlət siyasətinin tərkib hissəsidir".

Mətbuat katibi Peskov iddia edib ki, bütün bunlar “Ukraynadakı münaqişələrdə Qərb ölkələrinin kollektiv şəkildə birbaşa iştirakını” göstərir.

Almaniyanın Moskvadakı səfiri Alexander Graf Lambsdorff bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sputnik-ə danışan mənbə "Almaniya səfiri bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb" deyib. Cümə günü Rusiya mətbuatında yüksək rütbəli alman zabitləri arasında Rusiya və Ukrayna ilə bağlı təhlükəsizlik məsələləri ilə bağlı söhbət dərc olunub. Daha sonra Almaniyanın DPA xəbər agentliyi kasetin real olduğunu bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorius da səs yazısı ilə bağlı araşdırmanın ilk nəticələrinin gələn həftənin əvvəlində hazır olacağına ümid etdiyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ