Almaniyanı Rusiya qarşısında gözükölgəli edən səs yazısı – ŞƏRH


Alman zabitlərinin səs yazısının yayılmasından sonra iki ölkə arasında gərginlik yaranıb.

Son bəyanatlardan sonra Rusiya və Almaniya arasında müharibə ehtimallı varmı?

Bu mövzu haqqında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəyli:

Ə.Əlibəyli bildirib ki, “Çox qəribə bir vəziyyət yaranıb. Çünki məxfi səs yazılarının sızması Avropa adına dövlət təhlükəsizliyinə ciddi zərbədir. Bu vəziyyət Almaniyanı Rusiya qarşısında gözükölgəli duruma salır.

Dezinformasiyaya qarşı müharibəni tərkib hissəsinə çevirən Rusiya bundan bir sıra Avropa ölkələrinə təzyiq hədəfi kimi istifadə edəcək. Görünür Krıma hücumda almanların rolu, eləcə də bu bölgədə ingilis mütəxəssislərinin olması ön plana çıxır.

Amma bütün hallarda ən qorxulu nəticə nədir? Bunun kökündə dayanan yekun qənaət nədir? Şübhə yoxdur ki, Rusiya fakt əldə eləmiş olur.

Rusiya Qərb dövlətlərinin anti-Rusiya cəbhəsindəki hərəkətlərinə və addımlarına hansı formada cavab verəcək və onların təsdiq etdiyi faktlar fonunda özünü necə aparacaq. Bax, bu çox vacibdir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ